Deputat Rüfət Quliyevə ağır itki - FOTO
Milli Məclisin deputatı Rüfət Quliyevə ağır itki üz verib.
Oxu.Az xəbər verir ki, millət vəkilinin qardaşı, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmlər üzrə elmlər doktoru, professor Fərman Quliyev 86 yaşında vəfat edib.
Mərhum noyabrın 8-də doğulduğu Sütəmurdov kəndində torpağa tapşırılacaq.
Xatırladaq ki, dünyaşöhrətli çayçı alim Fərman Ağadədə oğlu Quliyev 1937-ci ildə Lənkəran rayonunun Sütəmurdov kəndində ziyalı ailəsində anadan olub.
1965-ci ildə Gürcüstan Subtrоpik Təsərrüfatı İnstitututunda (Suxumi şəhəri) namizədlik dissertasiyasını müdafiə edib və 11 iyun 1965-ci il tarixində kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsini alıb.
1965-1967-ci illər ərzində Krasnodar vilayətinin (Rusiya) Soçi Subtropik və Cənub Meyvə Bitkiləri Təcrübə Stansiyasında (indiki Rusiya Dağ Bağçılığı və Gülçülüyü Elm İstehsalat Birliyi) baş elmi işçi vəsifəsində çalışıb.
1967-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəvəti ilə Azərbaycan Bağçılıq və SB ETI-nin Lənkəran Filialında aqrokimya və bitki fiziologiyası laboratoriyasının müdiri vəzifəsinə gəlib.
1973-cü ildə "Baş elmi işçi" rütbəsini və 1988-ci ildə isə "Dosent" elmi rütbəsini alıb.
1980-ci ildə "Xalqlar Dostluğu" ordeni və "Əmək Rəşadəti" medalları ilə təltif olunub.
1982-ci ildə "Azərbaycan Respublikasının Əməkdar Aqronomu" fəxri adını alıb, "XXI-ci əsrin tanınmış alimi" Beynəlxalq diploma layiq görülüb.
2014-2015-ci illərdə dörd çay sortu: "Fərmançay", "Lənkəran", "Xəzər", "Fərmançay Çəhrayı" Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edib və 2019-cu ildə patentləşdirilərək rayonlaşdırılıb.
Bu sortlar zoğvermə intensivliyi, zoğların keyfiyyət göstəricilərinə görə, quru çay məhsulu bu ana kimi rayonlaşdırılmış "Azərbaycan-2" çay sortundan kəskin üstünlükləri ilə fərqlənir.
Çay, limon, narıngi, portağal, qreypfrut, feyxoa, zeytun, kivi, innab, əncir, badam, nəcib dəfnə və i.a. subtropik bir sıra dərman bitkiləri üzərində apardığı elmi-tədqiqat işlərimin nəticələri təsərrüfatda geniş tətbiq edilərək, ali məktəblərin tədris proqramlarına, tədris vəsaitlərinə daxil edilmiş, xarici dillərə tərcümə olunub.
Fərman Quliyevin rəhbərliyi altında Azərbaycanın və xarici ölkələrin müxtəlif elmi-tədqiqat və tədris müəssisələri üçün 18 fəlsəfə doktoru və elmlər doktoru hazırlayıb. Onların bir qismi artıq elmi dərəcələrini alıb.
Elmi əsərləri azərbaycan, rus, fars, ingilis, çin, gürcü və s. dillərdə çap olunub. Subtropik bitkilər sahəsində 300-dən çox elmi əsərin, o cümlədən 30-dan çox kitabın, monoqrafiyaların, metodik vəsaitlərin, tövsiyələrin müəllifi olub.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1889 Tarix: 07 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Leysan, dolu, qar - Sabahın havası
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
5 noyabr"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!
"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn
5 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabrNeft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
6 noyabrBayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
5 noyabrŞəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı
Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına
5 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabr