Xalq artisti: "Xaçmazın Yalama kəndində işıqlar sönüb, donuram..."

Xalq artisti: "Xaçmazın Yalama kəndində işıqlar sönüb, donuram...""Xaçmaz rayonunun Yalama kəndində vəziyyət həddindən artıq pisdir. Həmin ərazidə kiçik torpaq sahəsi almışdım. Özüm üçün ev tikmişəm ki, yaydan-yaya gəlib dincəlim, əsəblərim sakitləşsin. İnanın, torpaq almağıma peşman olmuşam. İşıq dirəkləri sovet dövründən qalıb, həyətlərin içindən keçir, bir az yel əsən kimi işıqlar sönür. Ötən gün gəlmişəm, işıq yenə sönüb. Səhərə qədər donmuşam. "Azərişıq" ASC-nin Xaçmaz şöbəsinə zəng etmişəm. Gələn olmayıb. Qaynar xəttə də demişəm. Heç bir nəticə yoxdur. Heç kimdən çəkinmirlər, camaat dəfələrlə şikayət edib. Şikayətlərə baxan yoxdur. Hazırda donuram".

Bu sözləri Pravda.az-a müraciətində Xalq artisti Naibə Allahverdiyeva deyib.

O, Yalamadakı vəziyyətlə bağlı şikayətinə heç bir reaksiya olmadığını bildirib:

"Səhərə kimi "Azərişıq" ASC-nin qəza xidmətinə zəng etmişəm. Telefondakı şəxs qışqırır, mənə deyir ki, vecimizə deyil, kimə istəyirsən, get şikayət et, heç gəlmirəm. Hətta xahiş də etdim, amma əməkdaş dedi ki, vaxtım yoxdur. Soruşdum ki, sənin müdiriyyətin haradadır, dedi bilmirəm. Sonra da telefonu söndürdülər. Belə olmaz.

Dirəklər köhnədir, elektrik xətləri açılıb, yanğın olsa, mənim də evim yanacaq, qonşunun da. Hansısa uşağın başına da aşa bilər. Elə qışqırmışam ki, təzyiqim qalxıb. Dirəyi dəyişmək üçün hər adama 300-400 manat "oxuyublar". Dövlət büdcədən sizə pul ayırır. Hanı o pullar? Sən niyə dirəyi təzələmək üçün pul yığmalısan? Bir manat pulunu gec verəndə, elektrik enerjisinin verilməsini kəsirsən. Sən bu işi görmək üçün maaş alırsan. Deyir ki, külək olub, elektrik enerjisinin verilməsi ona görə kəsilib. Bəs niyə dəyişmirsən ki, dirək uçur? Deməli, köhnədir, deməli, pulları yeyirsiniz, amma işıq dirəklərini təzələmirsiniz. Dirəkləri ancaq məftillər tutur, dibi yoxdur..."

N.Allahverdiyeva Yalamadakı digər problemlərə də diqqət çəkib:

"Uşaqlar məktəbə gedə bilmirlər, avtobus işləmir. İnternet də yoxdur. Deyirlər ki, 7-8 min pul ver, internet çəkək. Üçüncü Yalamadan bura az məsafədir, bu qədər məsafəyə 8 min pul istəyirlər. Bura turizmin inkişafı üçün əlverişli ərazidir. Meşələrə də baxmırlar. İki il əvvəl meşədəki ağaclara qurd düşdü, ağaclar qurudu. Xaçmaz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə müraciət etdim. Nəticə olmadı. Aidiyyəti üzrə bütün qurumları gəzdim. Hansının kabinetinə gedirsən, bahalı kreslolar, hər cür şərait... Bu camaatın dərdini də bilin də!

Qalib ölkəyik. Dövlətin, Prezidentin, Ordunun əməyini yerə vururlar. Deyirəm ki, bayramınız mübarək, Yalamada camaat üzümə baxır. Deyirlər ki, biz donuruq. Xaçmaz Rayon İcra Hakimiyyətinə də dəfələrlə müraciət edilib. İcra deyir ki, bizə də baxan yoxdur. Baxan yoxdursa, niyə icra başçılarının hamısı varlıdırlar? Hamısının bahalı maşınları, evləri, villaları var? Bunlara kömək edən yoxdursa, o boyda pulu haradan alırlar? İcra başçısının müavini gəlib problemlərlə tanış olub. Aradan 2 ay keçib, nəticə yoxdur. Heç olmasa, yollara yamaq vurun. Onu da etmirlər. Müavin deyib ki, zibil üçün konteynerlər gətirəcəklər, onun üçün də 5 manat ödənməlidir. Yalandan söz verirlər ki, camaat heç yerə şikayət etməsin. Torpaq sahəsini alan da yoxdur, sata bilmirəm. Harada var bu cür vəziyyət? Elə bir haldadır ki, insan burada yaşamaz, mümkün deyil..."


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2314   Tarix: 11 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Şəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı

Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına

5 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr