Gürcüstan Azərbaycanın Ermənistana zirehli texnika göndərməsinə etirazına münasibət bildirib
Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Azərbaycanda narazılıq yaradan Fransanın Gürcüstan ərazisindən keçməklə Ermənistana zirehli texnika göndərməsinə münasibət bildirib.
Sonxeber.az xəbər verir ki, Gürcüstanın Birinci Kanalına müsahibəsində Darçiaşvili ,Gürcüstan hər iki ölkəyə öz tranzit marşrutlarından bərabər şəkildə istifadə etməyə icazə verdiyini deyib.
O, əlavə edib ki, hər bir ölkənin müdafiə qüvvələrinə malik olmaq və beynəlxalq müqavilələrə əsasən icazə verilən silahlar əldə etmək hüququ var.
"Tiflisin mövqeyi ondan ibarətdir ki, hər iki ölkə malik olduğumuz tranzit funksiyasından bərabər şəraitdə istifadə etsin. Beləliklə, bu, bizim bu mövzuya cavabımızdır və əlavə şərhə ehtiyac yoxdur", - deyə Gürcüstan XİN rəhbəri bildirib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın Fransadan zirehli texnika aldığını təsdiqləyib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb