Voronejdə polisin azərbaycanlıların məclisinə basqınının pərdəarxası məqamları - ARAŞDIRMA

Voronejdə polisin azərbaycanlıların məclisinə basqınının pərdəarxası məqamları - ARAŞDIRMAPolis basqınına bir neçə gün öncə azərbaycanlılarla ermənilər arasında dava səbəb olub.

Rusiyada azərbaycanlıların toplaşdığı kütləvi tədbirlərə basqınların təşkil olunması davam edir.

Sankt-Peterburqda azərbaycanlıların 500 nəfərlik toy məclisinə basqınından sonra bu dəfə analoji hadisə Voronej şəhərində baş verib. Şəhərin həmyerlilərimizə məxsus restoranlarından birində təşkil olunan doğum günü məclisinə Rusiya xüsusi təyinatlı polis dəstəsi "SOBR" və "Rosqvardiya" basqın edib. Məclis iştirakçılarının sənədləri yoxlanılıb. Rusiya vətəndaşı olan həmyerlilərimizə hərbi komissarlıqda qeydiyyata durmaq haqqında bildiriş verilib.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, həmyerlilərimizin məclisinə xüsusi təyinatlı polis basqının səbəbi 10 gün bundan öncə Voronejin başqa bir restoranında azərbaycanlılarla ermənilər arasında baş vermiş kütləvi dava olub. Belə ki, həmyerlilərimizə məxsus restoranda müğənni Şəbnəm Tovuzlunun "Qarabağ Azərbaycandır!" adlı mahnısının səslənməsi restoranda qonaq qismində iştirak edən ermənilərin etirazına səbəb olub. Bu zaman azərbaycanlılarla ermənilər arasında dava düşüb. 15-20 erməni azərbaycanlılara hücum edib. Soyuq və travmatik silahların tətbiq edildiyi dava nəticəsində ermənilərdən bir neçə nəfər xəsarət alıb və xəstəxanaya düşüb. Faktla bağlı cinayət işi açılıb və davada iştirak edən azərbaycanlılar axtarışa verilib.

Noyabrın 14-də isə Voronej sakini, Niyaz Zahidov adlı azərbaycanlı 45 yaşını qeyd edən zaman xüsusi təyinatlı polis dəstələri və "Rosqvardiya" ermənilərlə davada iştirak etmiş azərbaycanlıların axtarışı məqsədi ilə məclisə basqın edib. Lakin polis axtardığı azərbaycanlıları orada tapa bilməyib. Məclis üzvlərinin sənədləri yoxlanılıb. Rusiya vətəndaşı olan həmyerlilərimizin bir neçəsinə hərbi komissarlıqda qeydiyyata durmaq üçün bildiriş təqdim olunub.

Voronejdəki Azərbaycan diasporunun sədri Mehdi Mehdiyev bildirib ki, heç də yerli mətbuatın yazdığı kimi, 50 nəfərə Rusiya ordusunda hərbi xidmət üçün çağırış vərəqəsi verilməyib. Onun sözlərinə görə, Teleqram kanalları və yerli media bilərəkdən hadisəni şişirdir: "5 nəfərə yaxın azərbaycanlıya, hansı ki, yaxın vaxtlarda Rusiya vətəndaşlığını əldə ediblər, onlara hərbi komissarlıqda hərbi qeydiyyata durmaları tövsiyə olunub və bu barədə bildiriş verilib".

Diaspor rəhbəri onu da qeyd edib ki, azərbaycanlılarla ermənilər arasında baş vermiş kütləvi davanı erməni diasporu milli zəmində münaqişə kimi təqdim etməyə cəhd edib. Moskvadan Rusiya Erməniləri İttifaqının vitse-prezidenti bu məqsədlə Voronejə gəlib. Lakin Azərbaycan diasporunun səyi nəticəsində məlum mübahisənin milli zəmində deyil, məişət zəminində baş verdiyinə region rəhbərliyini inandırmaq mümkün olub.

Mehdi Mehdiyev deyib ki, noyabrın 14-də azərbaycanlıların doğum günü məclisinə polis basqınının həyata keçirilməsinə kimi də Voronejdə məlum kütləvi davada iştirak edən həmyerlilərimizin axtarışları aparılıb. O, Peterburqdakı hadisədən fərqli olaraq, bu dəfə şimal qonşumuzun hüquq-mühafizə orqanlarının azərbaycanlılarla kobud rəftar etmədiyini vurğulayıb: "Heç kəsə qarşı zorakılıq, kobud rəftar edilmədi. Sakitcə sənədləri yoxladılar. Yeni vətəndaşlıq almış azərbaycanlılara Rusiya qanunlarına uyğun olaraq hərbi qeydiyyata durmaq tövsiyə olunub və üç gün müddətində hərbi komissarlıqda qeydiyyata durmaları haqqında bildiriş verilib".

Diaspor rəhbəri əlavə edib ki, noyabrın 15-də Voronejin "Alekseyevski" adlanan bazarında polis "oblava" keçirib: "Bazarda təkcə azərbaycanlılar deyil, digər ölkələrdən olan miqrantlar da çalışır. Miqrantlardan sənədləri düzgün olmayanlar şöbəyə aparılıb. Sənədləri qaydasında olmayan miqrantlar ölkədən deportasiya olunacaqlar".

Mehdi Mehdiyev baş verənlərin Rusiya ilə Azərbaycan arasındakı münasibətləri pozmaq istəyənlərin işi olduğunu söyləyib. Voronejdə Azərbaycan icmasının 30 ildən çoxdur fəaliyyət göstərdiyi vurğulayan diaspor rəhbəri bildirib ki, iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsi üçün çoxlu işlər görülür.

"Voronejdə yaşayan azərbaycanlılar şəhərin və vilayətin ictimai həyatına inteqrasiya olunub və bu, region rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir", - Mehdiyev fikrini yekunlaşdırıb.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1656   Tarix: 15 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi

Bakıda həyat yoldaşını marketdə autizm​li övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat

21 sentyabr
.

Leyla Əhmədova həbs olundu

Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta

8 sentyabr
.

Universitetdə təmir işləri görərkən qəfil öldü

Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə

18 avqust
.

Havvaxanım Rüstəmovaya hökm oxundu

"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd

16 sentyabr
.

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı

Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili

31 avqust
.

Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər

Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl

5 avqust
.

Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu

18 sentyabr
.

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç

2 sentyabr
.

"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu

Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ

22 sentyabr