Prorektoru belə öldürmüşdülər...

Prorektoru belə öldürmüşdülər...Xəbər verdiyimiz kimi, "Təfəkkür" universitetinin prorektoru Tariyel Əhmədovun qətlinə görə həmin təhsil müəssisəsinin rektoru vəzifəsində işləmiş, hazırda isə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru olan Müşfiq Atakişiyev də həbs olunub. Onun Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində prorektoru öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

"Qafqazinfo" bu məqamda 12 il əvvəlki qətlin təfərrüatını xatırladır.

Tariyel Əhmədov 2011-ci il sentyabrın 16-da evinin yaxınlığında qətlə yetirilib. Belə ki, idman kompleksində Tariyel Əhmədovun başına küt alətlə vurulan zərbə nəticəsində onun kəllə sümüyü sınıb, beyin zədələnməsi nəticəsində dünyasını dəyişib.

Hadisə səhər saatlarında, Tariyel Əhmədov idman formasında məşq eləyən zaman baş verib. Onun meyiti Yasamal rayonu, Şərifzadə küçəsi 8 saylı ünvanda yerləşən yaşayış binasının qarşısındakı idman meydançasında aşkar edilib.

Maraqlıdır ki, Əhmədovlar ailəsi hadisənin ilk illərindən bu yana qətlə görə məhz Müşfiq Atakişiyevi ittiham edirdi. Mərhumun oğlu Zaur Əhmədovun bununla bağlı dövrü mətbuata dediklərini xatırlayaq:

"Bu səbəbsiz deyil. Atam qeyd etdiyim kimi Universitetin həmtəsisçilərindən biri idi. Öldürülməsəydi, növbəti ildə həmtəsisçilər arasında razılığa görə rektor olmalı idi. Qətlin baş verməsinin səbəblərindən biri bax budur.

Atam qətlə yetiriləndən sonra M.Atakişiyev məni yanına çağırıb bildirdi ki, sizə atanın payına görə 78 min manat, yəni o dövrün kursuna uyğun olaraq 100 min dollar pul verəcəm.

Mən razılaşmadıqda bildirdi ki, get fikirləş, bu işin arxasında çox güclü bir fiqur dayanır. Sonradan anama da deyib ki, uşaqlarına yazığın gəlsin. Həmin vaxtda Bakı şəhərində adi bir köşkün qiyməti 100 min manatdan yuxarı idi. Bu halda hansı bir ağıllı insan uzun illər ərsəyə gələn, beynəlxalq aləmdə tanınan universitetdəki 33 faizlik payını 78 min manata satar? Onun yüksək vəzifəli şəxslərin adını hallandırması anamı qorxuya salmışdı. Ona görə də verilən cüzi məbləğlə razılaşıb paydan imtina etmişdi".

Qeyd edək ki, 16 sentyabr 2011-ci il tarixdə 1942-ci il təvəllüdlü Tariyel Əhmədovun yaşadığı binanın yaxınlığında üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb. 12 il sonra isə prorektoru öldürməkdə şübhəli bilinən şəxs müəyyən edilib. Belə ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən birgə həyata keçirilən tədbirlər nəticəsində 12 il əvvəl törədilərək bağlı qalmış xüsusilə ağır cinayətin açılması təmin edilib.

Həyata keçirilmiş çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində əldə edilmiş sübutlarla 1977-ci il təvəllüdlü Dəyanət Quliyevin tamah məqsədi ilə Tariyel Əhmədova küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu gün isə həmin qətlə görə daha 2 şəxs məsuliyyətə cəlb edilib. Birgə keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Müşviq Atakişiyevin sifarişçi, Samir Quliyevin isə qətlin icraçısı kimi qolları qandallanıb.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3262   Tarix: 17 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Armatur satışı adı altında 190 minlik dələduzluq - 4 nəfər saxlanıldı

Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən 4 nəfər - T.Bədəlov, P.Qurbanov, S.Xəlilov və K.Fətəliyev saxlanılıblar. "Qafqazinfo" xəbər verir ki, bu haqda DİN məlumat yayıb. Araşdırmalarla məlum olub ki, onla

11 may
.

Bakıda ər-arvad qətlə yetirildi

Bakıda qətl hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə mayın 25-i səhər saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən mənzillərin birində qeydə alınıb. Qarət məqsədilə evə daxil olan naməlum şəxs ev sahibləri - 1946-cı il təvəllüdlü Sabir Əliyev və həyat yoldaşına bıçaql

25 may
.

Bu hal cinayət hesab ediləcək

Dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət hesab olunacaq. xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, dövlət büdcəsinin

21 aprel
.

Azərbaycanda qadın tiktoker insan alverinə görə HƏBS OLUNDU

Sosial şəbəkələrdə "Enoor" adı ilə tanınan Elnar Quliyeva cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, o, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Elnar Quliyevaya qarşı Cinayə

11 aprel
.

Oğul anasını traktorla vuraraq öldürdü

Ucarda oğul anasını traktorla vuraraq öldürüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Alpı kənd ərazisində baş verib. 1989-cu il təvəllüdlü Ucar sakini Gündüz Yaqub oğlu Faxrətov "Belarus" markalı traktoru arxaya verərkən 1959-cu il təvəllüdlü anası Adilə Əkbər qızı Abbasovanı vurub. Ağı

19 may
.

Psixiatriya xəstəxanasında ölən Miri ilə bağlı - Həbs edilən var

Aprel 4-də Gəncə Şəhər Psixiatriya Xəstəxanasında müalicə alan 1992-ci il təvəllüdlü Miri İsmayılovun ölməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya məlumat verilib. Qeyd edili

22 aprel
.

Beş yaşlı Onurun faciəli ölümünün TƏFƏRRÜATI

Cəlilabad rayonunun Uzuntəpə kəndində bədbəxt hadisə baş verib. Kənd sakini, 5 yaşlı Zamanov Onur Amil oğlu həyətdə oynadığı zaman bir müddət nəzarətsiz qalıb. Az sonra onun evin ətrafından uzaqlaşdığı müəyyən edilib. Ailə üzvləri və yaxınları azyaşlını axtarmağa başlayıblar, lakin onu tapmaq mümkü

2 iyun
.

Anasını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin BƏZİ DETALLARI

67 yaşlı anasını yad kişilərlə yüngül həyat keçirməsini bəhanə edərək qətlə yetirən Emil Ağayevin cinayət işinin bəzi detalları məlum olub. "Unikal"a istinadla xəbər verir ki, hadisə 2026-cı il yanvarın 24-də Sabunçu rayonu, Ramana qəsəbəsi, "Gülçülük sovxozu" ərazisində baş verib

12 may
.

Hamlet Musayevin qızı həbs edildi

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəis müavini Hamlet Musayevin qızı həbs edilib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, M.Musayeva bir nəfərin yarım milyon manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İlkin ittihamda yazılıb ki, M.Musayev

22 aprel