Dmitri Verxoturov: "Ermənistan sadəcə böyük oyunda kiçik bir fiqurdur və heç düşünmədən qurban verilə bilər"
"Azərbaycanın Rusiya ilə yaxşı münasibətləri var və ona görə də təzyiqlərə məruz qalır".
Bu sözləri postsovet məkanı üzrə rusiyalı ekspert, yazıçı, tarixçi və ictimai xadim Dmitri Verxoturov Oxu.Az-a müsahibəsində deyib.
"Hesab etmək olmaz ki, amerikalılar erməniləri dəstəkləməyə çalışırlar, axı Ermənistan sadəcə böyük oyunda kiçik bir fiqurdur və heç düşünmədən qurban verilə bilər. Lakin məhz indi bu fiqurun əldə olunması əhəmiyyət kəsb edir ki, onun vasitəsilə bəzi gedişlər etmək mümkün olsun", - deyə Dmitri Verxoturov qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın bu məsələdə mövqeyi Sovet İttifaqının dağılması zamanı mövcud olan sərhədlər çərçivəsində həm Azərbaycanın, həm də Ermənistanın ərazi bütövlüyünün tanınmasına əsaslanır.
"Bu, Cənubi Qafqaz regionunda öz addımlarına diqqət edən, təmkinli siyasət yürüdən böyük bir dövlətin fikridir. O, Ermənistan tərəfidir ki, döyüş şüarları səsləndirə, nəyəsə çağırış edə bilər. Lakin ermənilər Rusiya Federasiyasına hücum edərlərsə, Rusiya bunu, demək olar ki, hiss etməyəcək. Amma Rusiya Ermənistanı vurarsa, o zaman Ermənistan yox olacaq. Bu nəzərə alınmalıdır", - deyə ekspert vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb