Azərbaycan banklarında əlaqəli depozitlərin payı məcburi ehtiyatlarda nəzərə alınacaq
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası"na dəyişiklik edib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, məcburi ehtiyatların norması əlaqəli depozitlərin cəmi payından, banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə payından, eyni zamanda milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləğinin 1 milyard manatı, xarici valyutada hüquqi şəxslərin depozitlərinin isə ümumi məbləğinin 750 milyon manat ekvivalentini üstələməsindən asılı olaraq diferensiallaşdırılmaqla Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən ediləcək.
Bundan başqa, əlaqəli depozitlərin cəmi depozitlərdə payı və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə payı hesablama dövrü üzrə orta günlük qalığı əsasında hesablanacaq və məcburi ehtiyatlar üzrə hesabatda göstəriləcək.
AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Meyvə-tərəvəz niyə ucuzlaşmır? (VİDEO)
Qeyri-sabit hava şəraiti bazarlarda qiymətlərə də təsir edib. Qaynarinfo -a istinadən xəbər verir ki, bazarlarda meyvə-tərəvəz bol olsa da, qiymətlər bahadır. Satıcılar da bu il bəzi meyvə-tərəvəzlərin qiymətlərinin ötən illə müqayisədə fərqli olduğunu təsdiq edirlər. Satıcılar qiymətlərin yüksək olmasını
6 iyunErmənistana Azərbaycandan tranzit keçməklə buğda və gübrə göndəriləcək
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Qaynarinfo "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, 4 vaqondan ibarət, çəkisi 280 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 277 ton olan gübrə Biləcəri stansiyasından Böyü
29 mayAzərbaycandan tranzit keçməklə Ermənistana buğda və gübrə göndərildi
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Biləcəri stansiyasından Böyük Kəsik istiqaməti üzrə Ermənistana 4 vaqondan ibarət, ümumi çəkisi 280 ton Rusiyadan olan buğda, həmçinin 4 vaqondan ibarət, çəkisi 277 ton təşkil edən gübrə yükü göndərilib. Qaynarinfo xəbər verir ki, sözügedən tədarük Rusiyada
29 mayNuranə Babayeva vəzifəsindən ayrıldı
Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat xidmətinin rəhbəri Nuranə Babayeva vəzifəsindən ayrılıb. Qaynarinfo xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. N.Babayeva bildirib ki, çalışdığı müddətdə Kəlbəcərdə həyata keçirilən bir sıra layihələrin, əlamətda
2 iyunAzərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər 3 %-dən çox azalıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 190,285 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,3 % azdır. Hesabat dövründə qeyri-həyat sığortası növlər
2 mayAzərbaycanda həyat sığortası üzrə ödənişlər 13 %-ə yaxın artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 227,468 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,5 % çoxdur. Hesabat dövründə həyat sığortası növləri üzr
3 mayBu il pomidor ucuzlaşmayacaq - Fermer səbəbi açıqladı
Bu il Azərbaycanda pomidorun qiyməti enməyəcək. Bunu Qaynarinfo-ya açıqlamasında fermer Anar Abbasov son iki ayda pomidorun ucuzlaşmasından danışarkən deyib. Fermer bu il ölkədə pomidor əkininin 50 faiz azaldığını vurğulayıb:. "Fermerlər pomidor əkmədi. Əkənlərdə sahəni yarıya qədər azaldıb. Keçə
6 mayAzərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci təqribən 10 % artırıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 764,275 milyon ABŞ dolları dəyərində mal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,6 % çoxdur. Dörd ayda Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının
10 may