Azərbaycanda aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların tərkibi genişləndirilib
Kənd Təsərrüfatı Nazirliyi Kollegiyası "Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı"nda dəyişiklik edib.
Bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov qərar imzalayıb.
Qərara əsasən, bundan sonra hamarlayıcılara (diskli mala, dişli mala, lazer mala, rotorlu mala, vərdənə, frez və skreper), tütünyığan kombayn, maşın və qoşquya, çay yığımında istifadə olunan avadanlıqlara, həmçinin damcılı suvarma sisteminin həm yeraltı və yerüstü formalarına, suvarmada istifadə olunan elektrikli səyyar su nasoslarına, pambıq presləyici avadanlığı dəstinə, toxum seleksiyası üçün sürətli hüceyrə artımı mühitini təmin edən innovativ laboratoriya avadanlıqlarına, bal arılarını gənələrdən təmizləmək üçün istifadə olunan qurğuya, baramaçılıqda istifadə olunan qurğu və avadanlıqlara (modul tipli kümxana) güzəşt tətbiq ediləcək.
Qərarın icrası kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovaya tapşırılıb.
Hüquq və icra intizamı şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda nağdsız ödənişlər il ərzində 46 % artıb
Bu ilin mart ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 46 % artaraq 9 milyard 560 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 8,291 milyard manatı (86,7 %-i) elektron ticarətin payına düşüb. Ödənişləri
3 mayAzərbaycanda könüllü sığorta bazarı 15 %-ə yaxın böyüyüb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 518,002 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,6 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişləri
23 mayNaxçıvanda xarici valyutada əmanətlər 40 %-dən çox artıb
Bu il mayın 1-nə Naxçıvanda əhalinin əmanətləri 41 milyon 421,8 min manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,9 %, ilin əvvəli ilə müqayisədə 8,2 %, ötən il mayın 1-nə nisbətən isə 47,3 % çoxdur. Ümumi əmanət portfelinin 9
9 mayAzərbaycanda həyat sığortası üzrə ödənişlər 13 %-ə yaxın artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 227,468 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,5 % çoxdur. Hesabat dövründə həyat sığortası növləri üzr
3 mayAzərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər 3 %-dən çox azalıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 190,285 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,3 % azdır. Hesabat dövründə qeyri-həyat sığortası növlər
2 may