Politoloq: "ABŞ Qafqaz siyasətlərində Azərbaycanı prioritetləşdirmək yerinə, Ermənistana üstünlük verir"

Politoloq: "ABŞ Qafqaz siyasətlərində Azərbaycanı prioritetləşdirmək yerinə, Ermənistana üstünlük verir""Hazırkı fonda görünən odur ki, ABŞ rəsmiləri Cənubi Qafqazla bağlı siyasətlərində Azərbaycanı prioritetləşdirmək yerinə, Ermənistana üstünlük vermək istiqamətində razılaşıblar".

Bunu "Report"a açıqlamasında Moskvada yaşayan amerikalı politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Endru Korıbko deyib.

Ekspertin sözlərinə görə, ABŞ həqiqətən də Azərbaycanın mənafeyini düşünsəydi, Ermənistana Zəngəzur dəhlizini açması üçün təzyiq edərdi:

"Onların fikirləşirlər ki, Ermənistan rəsmiləri və xalqı Qarabağ məsələsindən sonra Rusiyaya o qədər qəzəblidirlər ki, ABŞ-nin regionu parçalamaq və idarə etmək məqsədilə həyata keçirdiyi strateji müdaxilələrinə kömək olacaqlar. Bu, ABŞ-nin Azərbaycanla bağlı son açıqlamalarını izah edir".

E.Korıbko vurğulayıb ki, ABŞ Rusiya sülhməramlılarının Qarabağda mövcudluğu məsələsindən Azərbaycanın işlərinə qarışmaq üçün istifadə edir və bunun "ictimai cəhətdən ağlabatan" olduğunu düşünür:
"Lakin reallıq ondan ibarətdir ki, bu, qeyri-qanuni bəhanədir. ABŞ istəyir ki, beş illik müddət tamam olduqda Rusiya ərazidən çıxmaqdan imtina edərsə, Azərbaycan ABŞ-nin təzyiqlərindən çəkinərək buna etiraz etsin. Bu plan isə son 30 ildə onların arasında yaranmış dostluq ruhuna xəyanətdir, əsl düşmənçilik siyasətidir. ABŞ Ermənistana meyil etdikdən sonra ikitərəfli münasibətləri korlamaqda qərarlı görünür".

Ekspert Azərbaycan və İran münasibətlərinə ABŞ-nin müdaxilə cəhdindən də söz açıb və bunun qeyri-qanuni olduğunu söyləyib:

"ABŞ elə hesab edir ki, Azərbaycanın İranla yalnız ortaq iqtisadi maraqlardan irəli gələn nəqliyyat planlarına müdaxilə etmək "ictimai baxımdan ağlabatan"dır, ancaq bu da qeyri-qanunidir. ABŞ siyasətçiləri Azərbaycan və İran arasında nəqliyyat layihəsi inkişaf etdiriləcəyi təqdirdə potensial sanksiyaların olacağına eyham vururlar".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 752   Tarix: 19 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr