Prezidentin köməkçisi: "Ermənistanın yeni yol ayrıcında konsepsiyası utopiyadır"
"Ermənistanın yeni yol ayrıcında konsepsiyası utopiyadır".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzusunda beynəlxalq konfrans çərçivəsində xarici jurnalistlərə deyib.
Onun sözlərinə görə, Ermənistan yeni yol ayrıcında konsepsiyası irəli sürmüşdü:
"Bu, onun öz qərarıdır, ancaq utopik xarakter daşıyır. Biz son üç ildə müzakirə apardıq, nəticə olmadı. Ona görə də Ermənistan müzakirə etməli, bunun nə dərəcədə effektiv olduğunu düşünməlidir. Azərbaycanın da B planı var idi. Bu plan ondan ibarətdir ki, İran ərazisindən keçərək nəqliyyat əlaqələri qurulsun. Artıq İran və Azərbaycan arasında hökumətlərarası sənədlər imzalanıb. Digər tərəfdən, Qars-İğdır dəmiryolunun qurulması üçün qardaş Türkiyə ilə əlaqələrimiz davam edir. Bununla da regionumuz ətrafında dairəvi dəmir yolu xətti qurulmuş olacaq. Ancaq Ermənistan son üç ildə bu xəttin salınması üçün heç bir addım atmadı. Biz də sona qədər gözləyə bilmərik. Orta Dəhliz yeni reallıqlar ortaya çıxarır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb