Arvadını öldürən üç uşaq atası: "Onu əvvəl boğmağa başladım"
Bakıda arvadını qısqanclıq zəminində qətlə yetirməkdə təqsirləndirilən Zöhrab Quliyevin məhkəmə ifadəsi məlum olub.
Sonxeber.az "pravda.az"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə o, elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.
Zöhrab Quliyev ifadəsində göstərib ki, 2004-cü il tarixdə zərərçəkmiş, Sevinc Quliyeva ilə evlənib. Həmin evlilikdən üç övladları olub. O deyib ki, son vaxtlar Sevinc açıq-saçıq geyinib və küçəyə də bu formada çıxıb:
"Ona bu cür geyinməməsi barədə irad tutsam da, dinləmirdi. 2020-ci ildə Sevincdən boşanmaq üçün Sabunçu Rayon Məhkəməsinə müraciət etdim. Belə ki, Sevinc problemlər yaradır, öz bildiyi kimi hərəkət edir, təhqirlə danışır, məni bir ər kimi saymırdı. Həyat yoldaşım barəmdə polisə şikayət edəcəyini, döyüldüyünü deyərək məni tutduracağını söyləyirdi. Buna görə də qorxub boşanma ərizəsini geri götürürdüm. 2022-ci ilin avqust ayında məhkəməyə müraciət etdim və bu dəfə ərizəni geri götürmədim.
O vaxtdan məhkəmə mübahisəsi davam edirdi və Sevinclə mübahisələrimiz daha da şiddətlənmişdi. Sevinc yüksək səslə söyüşlə danışır, açıq-saçıq geyinməyə davam edirdi. Sonuncu dəfə 10 may 2023-cü il tarixdə, saat 9 radələrində yaşadığım Sabunçu qəsəbəsindəki evdə onun səsinə yuxudan oyandım. Sevinc yüksək səslə mənə və oğluma qarşı söyüşlər söyürdü və yüksək səslə qışqırırdı. Həmçinin həmin gün də arvadım açıq-saçıq geyinmişdi".
Zöhrab Quliyev qətl hadisəsi barədə danışarkən deyib ki, əvvəlcə qadını boğub: "Arvadıma yenə susmasını, təhqirlərə son verməsini istədim, lakin Sevinc yaxşı elədiyini bildirdi. Həmin vaxt saat 10 radələri idi. Onun əlində tozsoran vardı. Dəhlizdə Sevincin boğazından sağ əlimlə tutdum və arxası üstə onu yerə yıxdım. Hər iki əlimlə onun boğazından tutub sıxmağa başladım. Sevinc müqavimət göstərməyə çalışdı. Onun müqavimətini gördüyüm üçün bundan sonra dərhal mətbəxə getdim və oradan bıçağı götürüb dəhlizə qayıtdım.
Sonra Sevincə bıçaq zərbələri vurdum. Sevinc arxası üstə halsız vəziyyətdə uzanıqlı idi. Bıçaq zərbələri vurarkən arvadım əvvəl müqavimət göstərsə də, sonradan səsi gəlmədi. Bundan sonra Sevincin öldüyünü anladım və bıçağı onun meyitinin yanına yerə qoydum, polisə gedərək təslim oldum. Orada törətdiyim əməli etiraf etdim. Özümü ona görə qismən təqsirli bilirəm ki, Sevinc məni onu öldürməyə məcbur etdi. Eyni zamanda arvadımın açıq-saçıq geyinməsi və təhqirli sözlər işlətməsi məni onu öldürməyə vadar etdi. Əməlimdən peşmanam".
Qeyd edək ki, hadisə bu ilin mayında paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü Zöhrab Quliyevin qısqanclıq zəminində 1983-cü il təvəllüdlü Sevinc Quliyevanı qətlə yetirməsi barədə əsaslı şübhələr müəyyən edilib. Z.Quliyev könüllü polisə təslim olub. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zöhrab Quliyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1479 Tarix: 22 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi
Bakıda həyat yoldaşını marketdə autizmli övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat
21 sentyabrLeyla Əhmədova həbs olundu
Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta
8 sentyabrUniversitetdə təmir işləri görərkən qəfil öldü
Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə
18 avqustHavvaxanım Rüstəmovaya hökm oxundu
"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd
16 sentyabrGədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili
31 avqustDəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər
Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl
5 avqustAta qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?
Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu
18 sentyabrƏvvəl bacısını, sonra özünü bıçaqladı
Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç
2 sentyabr"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ
22 sentyabr