De Byazi getdi
Canni De Byazi Azərbaycan yığmasını tərk edib.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev açıqlayıb.
O bildirib ki, Canni De Byazi özü Azərbaycan yığmasını tərk etmək istədiyini açıqlayıb: "Dedi ki, mən artıq Azərbaycan yığmasında çalışmaq istəmirəm. Onunla müqavilə uzadılmayacaq. İcraiyyə Komitəsi də müzakirələr apardı. Belə qənaətə gəldik ki, nəticələrə görə De Byazi yığmada qalmasın. İclasda Canni De Byazinin jurnalistlər haqqında dediyi sözlər İcraiyyə Komitəsinin iclasında müzakirə olundu. Onun bu açıqlaması birmənalı şəkildə pislənildi".
Xatırladaq ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan yığmasının baş məşqçisi idi.
Bu günlərdə Azərbaycan yığmasının baş məşqçisi De Byazi Belçikaya 0:5 hesablı məğlubiyyətdən sonra qalmaqallı açıqlama ilə yadda qalmışdı. O, məğlubiyyətin səbəblərini soruşmaqla haqlı irad bildirən azərbaycanlı jurnalistləri "axmaq" adlandırmaqla tənqid hədəfinə tuş gəlmişdi. De Byazi "Qafqazinfo"ya müsahibə verərək həm yığmamızın son 4 ildəki çıxışı barədə fikirlərini bildirmiş, həm də jurnalistlərlə bağlı qalmaqallı açıqlamasına aydınlıq gətirməyə çalışmışdı.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1027 Tarix: 22 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hər gecənin bir "Sabah"ı var... - Yenilənib
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matçı avstriyalı hakimlər idar
13 oktyabr"Zirə"nin müdafiəçisi Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib
Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib. Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, "Zirə"nin futbolçusunun yubileyi "Şamaxı" ilə matça (1:1) təsadüf edib. 27 yaşlı müdafiəçi Misli Premyer Liqasının VII turuna start heyətində çıxıb. Debütü 2018/19 mövsümündə gerçəkləşə
12 oktyabrBatrakov "Barselona"ya təklif olunubmuş
1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind
18 oktyabr"Sabah" Bakıda ilk ÇL matçına çıxır
"Sabah" Çempionlar Liqasında ilk ev oyununa çıxır. Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiy
13 oktyabr"Neftçi" 700-cü qolunu "Qarabağ"a vurdu
"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü səfər qolunu vurub. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bu, Misli Premyer Liqasının VII turunda gerçəkləşib. "Qarabağ"la qarşılaşmada (3:3) ikinci qola imza atan Qustavo Klisman yubile
19 oktyabr"Real Madrid"in futbolçusu itlərinə görə hakim qarşısına çıxacaq
"Real Madrid" klubunun müdafiəçisi Ferlan Mendi ona məxsus itlərdən birinin yeniyetməyə hücum etməsi ilə əlaqədar məhkəməyə çıxacaq. bu barədə "Sport.es" nəşrinə istinadən xəbər verir. Madrid Cinayət Məhkəməsi ilk iclası dekabrın 21-nə təyin edib. Qeyd edək ki, fransalı futbolçunu
17 oktyabrAzərbaycanın futzal millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
Azərbaycanın futzal üzrə millisinin dünya çempionatının əsas mərhələsində Çexiyaya qarşı oyun üçün heyəti bəlli olub. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Yığmaya 14 oyunçu dəvət alıb. Xatırladaq ki, Azərbaycan komandası DÇ-2028-in əsas mərhələsində Çexiya ilə oktyabrın 16-da üz-üzə gələcək
14 oktyabr