Bakıda da qızılcaya yoluxanlar var - Həkimdən XƏBƏRDARLIQ

Bakıda da qızılcaya yoluxanlar var - Həkimdən XƏBƏRDARLIQSon günlər ölkəni cənginə alan qızılca xəstəliyinə yoluxanların sayının artması səhiyyə işçilərini hərəkətə gətirib. Səhiyyə Nazirliyi noyabr ayında verdiyi açıqlamada bəzi bölgələrdə qızılca virusuna tək-tək yoluxma hallarının müşahidə edildiyini açıqlasa da, statistikaya nəzər salsaq görərik ki, noyabrın ikinci ongünlüyündə təkcə Kürdəmirdə xəstəxanaya yoluxma ilə bağlı 60-a yaxın müraciət daxil olub. Maraqlısı budur ki, qızılca təkcə uşaqlar arasında deyil, böyüklərdə də müşahidə edilir. Belə ki, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Cəlilabad filialında da tələbələrdən qızılcaya yoluxanlar var. Mütəxəssislər bildirirlər ki, Azərbaycanda ən son 2018-ci ildə qızılcaya yoluxanların sayı builki qədər yüksək olub. Hazırda yoluxmaların daha çox bölgələrdəki məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil etdiyi deyilsə də, qızılca artıq paytaxta da ayaq açıb...

Tanınmış pediatr Qoşqar İsmayılov Pravda.az-a açıqlamasında deyib ki, Bakıda da məktəbəqədər və məktəblilər arasında qızılcaya yoluxanlar var: "Son iki-üç ayda qızılca geniş vüsət alıb. Təəssüf ki, uşaqlar arasında daha çox rast gəlinir. Xüsusən də, məktəbəqədər və məktəblilər arasında qızılcaya yoluxanlar var. Yoluxmaya ən birinci səbəb budur ki, uşaqlara vaxtında - 1 yaşında üçü birində qızılca, məxmərək və epidemik parotit əleyhinə peyvənd vurulmur. Birinci buna diqqət etmək lazımdır. Valideynlərə tövsiyə edirik ki, peyvənləri vaxtlı-vaxtında vurdursunlar. Uşaqları 1 yaşında ilk peyvənddən sonra 6 yaşında da təkrar pevənd - revaksiyanasiya etdirsinlər".

Həkim xəbərdarlıq edib ki, qızılca xəstəliyi əsasən ilk üç-dörd gün ərzində yüksək hərarət, yaxud supervin hərarətlə müşahidə edilə bilər: "Boğaz şişkinliyi, boğazağrısı kimi kataral əlamətlərlə başlayır. Sonra səpgilər yaranır, səpgilər xüsusən qulaq dibindən başlayır, sonradan bütün bədənə, ətraflara yayılır. Səpgi olanda artıq diaqnoz qoya bilirik ki, bu, qızılcadır. Qızılcanın müalicəsi yüngül hallarda ev şəraitində aparılır. Lakin ciddi vəziyyətdə, yəni yüksək hərarət davam edirsə, xəstənin infeksion xəstəxanalarda yatırılması məsləhətdir. Xəstə izolyasiya olunmalıdır. Bağçaya və ya məktəbə getmək olmaz. Həkim təyinatına uyğun olaraq xəstə müalicəsini almalıdır".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2495   Tarix: 24 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bankların beş ayda əldə etdiyi xalis mənfəətin həcmi açıqlandı

2026-cı ilin yanvar-may aylarında Azərbaycanda fəaliyyət göstərən banklar 557.1 milyon manat xalis mənfəət əldə ediblər. xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Məlumata görə, hesabat dövründə bank sektorunun əməliyyat mənfəəti 837.5 milyon manat təşkil edib. Bildirili

25 iyun
.

Kartdan-karta köçürmələrə limit: Yeni qaydalar kimlərə və necə təsir edəcək? - İQTİSADÇIDAN AÇIQLAMA

Avqustun 1-dən Azərbaycanda kartdan-karta pul köçürmələri üzrə yeni məhdudiyyətlərin tətbiqinə başlanılıb. Yeni qaydalara əsasən, bir bank kartı ilə gün ərzində maksimum 5 kartdan-karta köçürmə əməliyyatı aparmaq mümkündür, aylıq köçürmə məbləği isə 20 min manatla məhdudlaşdırılıb. Eyni zamanda, vətəndaşı

3 avqust
.

Qızıl və gümüş bahalaşdı

Nyu-York Ticarət Birjasında (NYMEX) və onun bölməsi olan "Comex"də qiymətli metalların - platin, palladium, qızıl və gümüşün qiymətlərində artım müşahidə olunur. xəbər verir ki, bu barədə ticarət platformalarının məlumatlarında qeyd edilib. Bakı vaxtı ilə saat 13:45-ə olan məlumata görə, NYMEX-d

21 iyul
.

Azərbaycanda şəkər istehsalı 44 %-ə qədər artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 169,6 min ton şəkər istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-cü ilin eyni dövrü ilə müqayisədə 43,7 % çoxdur. Son 1 ildə ölkədə şəkərli qənnadı məmulatları istehsalı ötən ilin eyni dövrü ilə müqayisəd

20 iyun
.

Naxçıvanda yüksək vəzifəyə təyinat

Məmmədnağı Asiman oğlu Əkbərov Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini təyin edilib. Qaynarinfo xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının (MR) Nazirlər Kabineti bununla bağlı sərəncam verib. Qeyd edək ki, M.Əkbərov bundan əvvəl muxtar respublika Maliyyə Nazirliyini

5 avqust
.

Ruslan Quliyev dəfn olundu

Dünən qəfil vəfat edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, "Milenium Konqres Turizm" şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev bu gün dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, dəfn mərasimində ictimaiyyət nümayəndələri, mərhumun dostlar

9 iyun
.

Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərilib

Bu gün Azərbaycandan Ermənistana göndərilən 2 475 ton dizel yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Güzdək stansiyasından yola salınıb. "Report"a istinadən xəbər verir ki, 42 vaqon dizel yanacağı Böyük Kəsik stansiyası istiqamətində yola düşüb. Yük Gürcüstan ərazisindən tranzi

4 iyun
.

"BP-Azerbaijan"da yerli işçilərin sayı açıqlanıb

Bu ilin ikinci rübünün yekununda BP şirkətində fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının ümumi sayı 2 363 nəfər təşkil edib. Report-a istinadən xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin əməliyyatçılar adından cari ilin birinci yarımilinin nəticələrinə dair yaydığı biznes hesabatınd

6 avqust
.

Qızılın qiyməti 4150 dolları keçdi

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın qiymətində artım qeydə alınıb. Qaynarinfo birja məlumatlarına istinadən xəbər verir ki, qızılın bir troya unsiyasının qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisədə 0,5% artaraq 4150,5 ABŞ dollarına yüksəlib. Qiymətli metallar bazarında gümüş də bahalaşıb

27 iyul