İki uşaq atası özündən 12 yaş kiçik nişanlısını qətlə yetirdi, anasını isə... - TƏFƏRRÜAT
Sumqayıt şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən Valeh İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sonxeber.az Ölkə.Az-a istinadən xəbər verir ki, 2020-ci il sentyabrın 4-ü saat 22 radələrində Valeh İsgəndərov Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindəki yataqxanada yaşayan Mehriban Cabbarovanı bıçaqlayaraq öldürüb, anası Xatun Cabbarovaya isə bıçaqla xəsarətlər yetirib.
Keçirilən əməliyyat zamanı 32 yaşlı Valeh İsgəndərov şübhəli şəxs qismində saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan Valeh İsgəndərov zərərçəkənlərin həm qonşusu, həm də 20 yaşlı Mehriban Cabbarovanın nişanlısı olub. Ustalıqla məşğul olan 2 uşaq atası Valeh İsgəndərovun qonşu qızına olan münasibətinə görə həyat yoldaşı uşaqlarını da götürərək ər evini tərk edib. Bundan sonra Valeh İsgəndərov anasını özündən 12 yaş kiçik qıza elçi göndərib və çətinliklə olsa da onunla nişanlanıb. Amma cəmi iki həftə sonra Mehriban Cabbarova onun davranışlarından, xarakterindən qorxuya düşərək Valeh İsgəndərova ərə getməkdən daşınıb və üzüyü geri qaytarıb.
Bu hadisədən sonra tərəflər arasında mübahisələr olub. Sevgilisini itirmək istəməyən Valeh İsgəndərov sərxoş vəziyyətdə hadisə baş verən gün parkda olan nişanlısı və anası Xatun Cabbarovaya qarşı xuliqanlıq edib. Bunu görən vətəndaşlardan biri polisə məlumat verib. Polisin gələcəyini görən Valeh oradan uzaqlaşıb. Xuliqanlıq çağırışına gələn polis əməkdaşları ərazini tərk edəndən sonra Valeh yenidən binaya qayıdıb. İsgəndərov binaya daxil olan zaman onu Xatun Cabbarova görüb.
Valeh hadisə anını ifadəsində belə bildirib: "Məni görən kimi Mehribana qışqırdı ki, Valeh gəlir. Pilləkənləri qalxan kimi Mehriban cumdu üstümə. Bıçağı çıxardım. Neçə zərbə vurduğum yadımda deyil".
Övladına dəyən bıçaq zərbələrinin önünü kəsməyə çalışan Xatun Cabbarova "balamı öldürmə, yazığam" deyib aman diləsə də, gözünü qan örtmüş Valeh qadının yalvarışlarına, fəryadına məhəl qoymayıb. Növbəti bıçaq zərbələri qızını qucaqlayaraq bədəni ilə onu qorumaq istəyən anaya sancılıb. Səs-küyə gələn qonşular ana-balanın qan içində görüblər. Hər iki yaralını təcili xəstəxanaya çatdırılıb. Həkimlər Xatun Cabbarovanın həyatını xilas etsələr də, 20 yaşlı Mehriban dünyasını dəyişib.
Məhkəmə prosesi zamanı Valeh İsgəndərov ittiham üzrə özünü qismən təqsirli bilib.
Zərərçəkmiş Xatun Cabbarova təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını xahiş edib.
Sonda məhkəmənin hökmü ilə 32 yaşlı Valeh İsgəndərov Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrum olunub.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1915 Tarix: 24 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi
Bakıda həyat yoldaşını marketdə autizmli övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat
21 sentyabrLeyla Əhmədova həbs olundu
Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta
8 sentyabrUniversitetdə təmir işləri görərkən qəfil öldü
Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə
18 avqustHavvaxanım Rüstəmovaya hökm oxundu
"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd
16 sentyabrGədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili
31 avqustDəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər
Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl
5 avqustAta qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?
Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu
18 sentyabrƏvvəl bacısını, sonra özünü bıçaqladı
Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç
2 sentyabr"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ
22 sentyabr