Azərbaycan hökuməti "həyatın mənbəyi" ilə bağlı SOS siqnalı verir

Azərbaycan hökuməti "həyatın mənbəyi" ilə bağlı SOS siqnalı verirAzərbaycan iqlim dəyişikliyinə, digər qlobal çağırışlara qarşı həssaslıq və dayanıqlılıq səviyyəsi indeksində 185 ölkə arasında 65-ci yeri tutur.

Notr Dam Qlobal Adaptasiya Təşəbbüsünün son qiymətləndirməsində Azərbaycanın yeri həmin mövqedə göstərilib. Bu, yaxşı göstəricidir.

Lakin Azərbaycan hökuməti tərəfindən hazırlanan 2024-cü il üçün dövlət büdcə və icmal layihələrinin təqdimatında bildirilir ki, ölkə iqlim dəyişikliyinin təsirlərinə yüksək dərəcədə həssas ölkələrdən biridir.

Müxtəlif qiymətləndirmələrin nəticələri göstərir ki, kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm, sahilyanı ərazilər Azərbaycanda iqlim dəyişikliyinə ən həssas sektorlar hesab olunur. Belə ki, yüksək temperatur və qeyri-sabit yağıntılar əhalinin sağlamlığı üçün təhlükə törətməkdən əlavə, iqtisadi inkişafın zəifləməsinə gətirib çıxara bilir.

Gələn ilin büdcəsinin layihələrində qeyd olunur ki, Azərbaycanda su ehtiyatlarının həm mövsümi, həm də məkan baxımından qeyri-bərabər paylanması səbəbilə su təchizatında bir sıra problemlər yaranıb.

Azərbaycan Respublikasında adambaşına düşən məcmu su ehtiyatları nisbətən aşağıdır və su təchizatının 70-75%-i Azərbaycan hüdudlarından kənarda yaranan mənbələrdən qaynaqlanır.

Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb.

Bu barədə "Azərsu" ASC-nin məlumatında bildirilir.

Qeyd olunur ki, hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır.

BMT-nin son proqnozlarına əsasən, 2050-ci ilə qədər iqlim dəyişikliyi səbəbindən Azərbaycanda su təchizatı 23 faiz azalacaq.

Eyni zamanda, Azərbaycan Respublikasının 2040-cı ilə qədər quraqlıqla üzləşəcək ölkələrin siyahısında ilk 20-likdə yer alacağı proqnozlaşdırılır.

Sözügedən hesabata əsasən, optimist ssenari üzrə Azərbaycanın su ehtiyatlarının miqdarı (transsərhəd su ehtiyatları ilə birlikdə) 2040-cı ildə 5-10%, 2070-ci ildə isə 10-15% və pessimist ssenari üzrə cari dəyərlərlə müqayisədə 2040-cı ildə 10-15%, 2070-ci ildə isə 15-25% azalacaq.
Amma problem təkcə bir regionu əhatə etmir. Ümumiyyətlə, dünyada milyardlarla insan sağlam həyat üçün əsas elementlərdən biri olan təmiz suya adekvat çıxış əldə edə bilmir.

Qlobal istiləşmə və əhalinin artması səbəbindən problemin daha da pisləşəcəyi ehtimal olunur.

Ümumiyyətlə, su qıtlığı o zaman baş verir ki, icmalar su ehtiyaclarını ödəyə bilməkdə çətinlik çəkirlər. Buna iki amil təsir göstərir: Ya təchizat zəifdir, ya da infrastruktur qeyri-kafidir.

Deməli, problemin təbii mənşələri ilə yanaşı, idarəetmə ilə əlaqəli olan hissələri də mənbə kimi çıxış edir.

Buradan çıxış etsək, deyə bilərik ki, Azərbaycan hökumətinin qarşısında mövcud infrastrukturu təkmilləşdirmək, təchizatı gücləndirmək və infrastrukturu ən üst səviyyəyə çatdırmaq kimi çağırışlar dayanır.

Mövcud problemlərin həlli sürətlənməsə, gələcəkdə daha böyük fəsadlar yaranar və Azərbaycan da su stresi ilə üzləşə bilər.

Su stresi o zaman yaranır ki, müəyyən bir ərazidə təhlükəsiz, istifadə edilən bilən suya tələbat öz normasını aşır.

Bildirək ki, dünya şirin suyunun əksəriyyəti, təqribən 70 faizi kənd təsərrüfatı üçün istifadə olunur. Qalan hissəsi isə içməli su daxil olmaqla sənaye (19 faiz) və məişət (11 faiz) arasında bölünür.

Yarana biləcək su qıtlığının təbii mənşəli aspektləri bu statistikada aydın görünür. Lakin Azərbaycanın müvafiq qurumları su qıtlığının fiziki qıtlıq, yerli ekoloji şəraitə görə su çatışmazlığı səviyyəsinə çatmaması üçün xeyli işlər görməlidir. Yoxsa qeyri-adekvat su infrastrukturu kənd təsərrüfatı sahəsinə, məhsuldarlığa zərbə vura və nəhayətdə iqtisadi problemlərə yol aça bilər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1217   Tarix: 25 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Texnologiya inkişaf edir, insanlar təşviş keçirir: İşini itirmək qorxusu psixologiyaya necə təsir edir? - PSİXOLOQDAN AÇIQLAMA

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi əmək bazarında ciddi dəyişikliklərə yol açmaqla yanaşı, bir çox insanda gələcəklə bağlı narahatlıq yaradır. Xüsusilə gündəlik iş prosesində texnologiyadan istifadə imkanlarının genişlənməsi bəzi şəxslərdə iş yerlərini itirmək qorxusunu gücləndirir

5 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr