"Abzas Media" rəhbərliyinin xarici donor təşkilatları ilə gizli əməkdaşlığı ifşa olunub - EKSKLÜZİV ARAŞDIRMA + VİDEO

"Abzas Media" rəhbərliyinin xarici donor təşkilatları ilə gizli əməkdaşlığı ifşa olunub - EKSKLÜZİV ARAŞDIRMA + VİDEO"Abzas Media" xəbər portalı ətrafında son günlər dolaşan məlumatlar bir sıra məqamları üzə çıxarıb.

Belə ki, özlərini "müstəqil media"nın təmsilçiləri kimi qələmə verən, guya "açıq fikir ortaya qoyduqları üçün sıxışdırılan" şəxslər başını quma basırmış dəvəquşu kimi arxada baş verən maliyyə maxinasiyalarından sanki məlumatlı deyillər. Bir analitik yazı formatına sığmadığından faktları açıqlamaq üçün növbəti yazı hazırlamaq zərurəti yaranıb. Belə ki, külli miqdarda pul vəsaitlərinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi və şübhəli maliyyə əməliyyatlarının aparılması faktı üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə başlanılmış cinayət işi üzrə barələrində həbs qətimkan tədbiri seçilmiş "Abzas Media" xəbər portalının rəhbəri Ülvi Həsənov, baş redaktor Sevinc Abbasova və layihə koordinatoru Məhəmməd Kekalov barəsində yeni məlumatlar üzə çıxıb.

Əldə etdiyimiz məlumatlara görə, yuxarıda qeyd etdiyimiz şəxslər təxribatlar törətmək və digər qanunsuz niyyətlərini reallaşdırmaq üçün "demokratik inkişafa dəstək vermək" adı altında xeyli sayda donor təşkilatları ilə yaxın əlaqələr quraraq gizli əməkdaşlıq ediblər. Həmin təşkilatların adlarını sadalamaqla oxuculara həyata keçirilən mütəşəkkil işin səviyyəsini nümayiş etdirmək istərdik. Bunlar ABŞ-ın "Beynəlxalq İnkişaf Agentliyi" (USAID), "Milli Demokratiya Fondu" (NED), "Avropa Demokratiyaya Yardım Fondu" (EED), "Internews", "FreedomNow", "Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi" (Global Investigative Journalism Network), "Amerika Beynəlxalq Təhsil Şurası" (American Councils for International Education), Çexiyanın "Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi" (PCSC), "People in Need" (PİN), "Avropa İttifaqı Müstəqil Media üçün" proqramı (EU4 İndependent Media), "Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu" (EPCSF), "Niderland Helsinki Komitəsi", "Norveç Helsinki Komitəsi", "Avropa Jurnalistika Fondu" (Journalizmfund Europe), "Yeni Demokratiya Fondu" (New Democracy Fund), "Forum 2000", "German Marşal" Fondu və digərləri. Görün, Qafqazın bir ölkəsində "demokratiya carçısı" rolunda çıxış etmək üçün nə qədər qurum növbəyə dayanıb və bundan da Ülvi Həsənov və komandası maksimum dərəcədə istifadə etməyə cəhd göstəriblər.

Onlar həmçinin, "Signal" və "Protonmail" platformalarında hesablar yaradaraq, beynəlxalq təşkilatların kod adları "Aleks" və "Daisy" olan nümayəndələri ilə qrant layihələri və pul vəsaitləri əldə etmək mövzusunda çoxsaylı yazışmalar aparıb, xarici səfərlərində isə onlarla görüşüblər.

Bu məqamda, həmin "demokratiya göyərçinlərini" oxuculara daha yaxından tanıtmaq yerinə düşər. Deməli, "Aleks" kod adlı şəxs [email protected] mail ünvanı ilə qeydiyyatdan keçmiş Aleksandra Kirbidir. O Londonda "Birmingem" və "Jagiellonian" universitetlərində təhsil alıb, 2015-ci ildən "Avropa Demokratiyaya Yardım Fondu"nun baş proqram meneceridir. Məqalə yazılan dəqiqələrdə şəxsiyyəti dəqiqləşdirilən "Daisy" isə [email protected] mail ünvanı ilə yuxarıda qeyd olunan platformada qeydiyyatdan keçib. O, Ukraynada anadan olub, Polşada "Natolin" Avropa Kollecində təhsil alıb, hazırda isə Brüssel şəhərində yaşayır, "Avropa Demokratiyaya Yardım Fondu"nda işləyir.

Görünən odur ki, səfərlər və görüşlər bizim "qəhrəmanlar" üçün kifayət qədər uğurlu olub. Belə səfərlər zamanı dövlət qeydiyyatına alınmadan bağlanılmış qrant müqavilələri çərçivəsində avro və ABŞ dolları valyutalarında ayrılan qanunsuz pul vəsaitləri Gürcüstanda fəaliyyət göstərən "TBC Bank" və "Bank of Georgia" banklarında Ülvi Həsənovun və Məhəmməd Kekalovun adlarına açılmış bank hesablarına köçürülüb.

Müxtəlif görüşlərdə maliyyə fırıldaqçılıqlarının sirlərinə yiyələnən Ülvi və Məhəmməd həmin vəsaitləri həm özləri, həm də yaxınları vasitəsilə xarici ölkələrdəki bankomatlardan məsuliyyət yaratmayan məbləğlərdə hissə-hissə nağdlaşdırıb ölkəyə gətiriblər. Bəzi layihələr üzrə vəsaitlər isə Londonda adsız bank kartlarına yüklənərək dəstə üzvlərinə təqdim olunub. Bu metodla pullar cinayətkar dəstə, onların ailə üzvləri və digər yaxın qohumları vasitəsilə bir sıra bankların hərəkət intensivliyi az olan küçələrdəki bankomatlarından kiçik məbləğlərlə nağd şəkildə çıxarılıb.

Bəs özünü azad, müstəqil adlandıran "Abzas Media"çılar min cür yolla nağdlaşdırdıqları vəsaiti hansı xidmətlərinə görə alıblar? Bu suala cavab vermək üçün "azad söz xiridarlarının" 2020-2023-cü illərə aid aşkarlanmış sənədlərdə Ülvi Həsənov və yaxın ətrafına daxil olan şəxslər tərəfindən hansı layihəni həyata keçirdikləri və bunun müqabilində nə aldıqlarını görmək kifayətdir.

Başlayaq yenə də USAİD-dən. Bütün Qərb sifarişlərini yerinə yetirənlərin hamisi rolunda çıxış edən USAİD-ə bağlı olan "DT Global" təşkilatından Ülvi və Ko 98 600 avro və 30 000 ABŞ dolları alıb. Digər alınan vəsaitləri də sadalayaq:

"Milli Demokratiya Fondu"ndan 55 350 ABŞ dolları,

"Praqa Vətəndaş Cəmiyyəti" təşkilatından 50 600 ABŞ dolları,

"German Marşal Fondunun Regional Əməkdaşlıq üçün Qara Dəniz" təşkilatından 24 990 ABŞ dolları,

ABŞ-ın Azərbaycandakı Səfirliyindən 21 954 ABŞ dolları,

"İnternews" təşkilatından 12 000 ABŞ dolları,

"People in Need" təşkilatından 11 000 ABŞ dolları,

"Niderland Helsinki Komitəsi"ndən 5 000 avro,

"Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti" təşkilatından 4 110 avro,

"Norveç Helsinki Komitəsi"ndən 4 000 avro,

"Freedom House" təşkilatından 2 500 ABŞ dolları,

"Amerika Beynəlxalq Təhsil Şurası" təşkilatından 2 400 ABŞ dolları,

Almaniyanın Azərbaycandakı Səfirliyindən 1 500 avro və Fransanın Azərbaycandakı Səfirliyindən 700 avro Ümumilikdə 113 910 avro və 210 794 ABŞ dolları həcmində vəsait.

Bu vəsaitlərin məbləğinin dəqiqliklə göstərilməsinin səbəbi isə hər birinə dair ödəniş sənədlərinin nüsxələrinin olmasıdır. Həmin pulların müqabilində isə hazırlanan layihələrin adı onların məzmununu və niyyətini açıq şəkildə nümayiş etdirir. Bunlar: "Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq Konvensiyalara əməl etməsinin monitorinqi", "Məhkəmə orqanları tərəfindən qəbul edilmiş qərarların araşdırılması", "Araşdırılmamış 100 cinayət", "Turizm və kənd təsərrüfatı sahələrində korrupsiyanın araşdırılması", "Media haqqında qanunla bağlı vəkillik fəaliyyətinə dəstək", "Media portalının müasir texniki vasitələrlə təchiz edilməsi" və sair oxşar başlıqlı mövzular.

Hələ bu harasıdır?! Bundan əlavə 210 468 ABŞ dolları və 77 815 avro məbləğdə ilkin layihələndirilmiş sənədlər aşkar edilib.

Həmin sənədlərdə iştirakçı və icraçı qismində yuxarıda adları çəkilən şəxslərlə yanaşı müxalif fəallar Toğrul Vəliyev, Hafiz Babalı, Şəmistan Həziyev, Hacı Zeynallı, Sahilə Aslanova, Minəxanım Əliyarlı, Rübabə Quliyeva, Elnarə Qasımova və Nərgiz Absalamovanın da adları keçir.

Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, ABŞ başda olmaqla Qərb mərkəzləri Azərbaycanda geniş agentura şəbəkəsi qurublar. Qeyd olunan mövzulardan da göründüyü kimi, bu şəbəkənin məqsədi heç də ölkədə hansısa inkişafa nail olmaq deyil, əksinə saman tayasında bir iynə tapıb onu beynəlxalq aləmə car çəkməkdir. Son nəticədə də həmin tapılan çöp Ermənistanın havadarları olan dövlətlər və qurumlar tərəfindən qlobal səviyyədə şişirdilməklə bəyan olunur.

"Report"un Analitik Qrupu


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1502   Tarix: 25 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı

İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitlər

24 avqust
.

Xaçmazda iki ata övladını BIÇAQLADI

Xaçmaz rayonunda bir gündə iki ailə münaqişəsi yaşanıb. Ayrı-ayrı ünvanda atalar öz oğullarını bıçaqlayaraq xəstəxanalıq ediblər. Bizim.media-ya istinadən xəbər verir ki, hadisələrdən biri Xaçmaz şəhərində qeydə alınıb. Xaçmaz şəhər sakini, 51 yaşlı İlqar Musayev aralarında yaranmış şəxsi mübahisə zəminind

15 avqust
.

Toydan gələrkən qəzaya düşdü - Fotolar

Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl

4 sentyabr
.

Şəmkirdə 13 il əvvəl törədilən cinayətin üstü açıldı: Nə baş verib?

Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, 2013-cü il avqustun 5-də saat 20 radələrində Şəmkir şəhər sakini, 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə xüsus

22 sentyabr
.

Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb

Dünən səhər saatlarında Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisənin rayon sakini 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tərəfindən törətdiyi üzə çıxıb. Məlum olub ki, o, sübh saatlarında 1941-c

7 avqust
.

Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...

2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqı

1 sentyabr
.

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib. Məlum olub ki, F.Poladov bacıs

7 sentyabr
.

Bakıda 1 ildir yoxa çıxan qadın qətlə yetirilibmiş - Oğlu tutuldu

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il itkin düşmüş, 1954-cü il təvəllüdlü Timofeyeva Lyudmila Veniaminovnanın qəsdən öldürülməsi müəyyə

11 avqust
.

"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu

Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ

22 sentyabr