Tahir İmanov: "Murad Dadaşov 600 nəfər işçisinə maaş verə bilmirsə, çəkilsin qırağa, işləməsin"- VİDEO

Tahir İmanov: "Murad Dadaşov 600 nəfər işçisinə maaş verə bilmirsə, çəkilsin qırağa, işləməsin"- VİDEOŞən Hazırcavablılar Klubunun üzvü (KVN), Əməkdar artist Tahir İmanov "Xəzər" televiziyasının rəhbəri, Xalq artisti Murad Dadaşovun bir müddət əvvəl Musiqi Forumunda səsləndirdiyi "Telekanal olaraq maarifləndirməliyik, amma ay sonu "Xəzər TV"nin 600-ə yaxın işçisinə maaş verməliyəm" sözlərinə sərt şəkildə reaksiya verib.

Sonxeber.az Bizim.Media-ya istinadən xəbər verir ki, İmanov qonaq olduğu "YouTube"da yayımlanan "AStar" layihəsində Dadaşovun fikirlərinin yalnış olduğunu bildirib.

"Bu, ayrı-ayrı mövzulardır. Murad Dadaşovun söylədiyi "Telekanal olaraq maarifləndirməliyik" cümləsində nöqtə olmalıdır. Vergül "amma" olmalı deyil. Mən razı deyiləm. Mən Azərbaycan Respublikasının vətandaşı, siravi, kiçik... Hamısını qoyuram bir kənara. "Maariflənmək vacibdir" və nöqtə", - deyə Əməkdar artist vurğulayıb.

Lahiyənin aparıcısı Ülvira Qarayevanın "Bəs Murad Dadaşov kanalda çalışan 600-ə yaxın işçinin maaşını necə versin?" sualına Tahir belə cavab verib:

"Çəkil qırağa, işləmə. Özəl televiziyalar bağlansın və ya birləşsin. Eyni formatda nə qədər axı kanal ola bilər. Televiziyalar bir-birindən format baxımından ayrılmalıdır. İstənilən telekanala format verilsin. Biri əyləncəli, digəri yumoristik, başqası da yumoristik olsun və sayra...

"Viniqred" olanda belə olurdu... Mən onu bilirəm ki, bayağı musiqini təbliğ etməklə iş düzəlməyəcək. Bu çox böyük problemlərə gətirib çıxaracaq. Artıq gətirib çıxarıb. Burada xüsusi bir yanaşma olmalıdır. Əgər həmin o kanallar aralarında danışsalar, "Centlemen" müqaviləsi bağlasalar, biz yalnız əsl mədəniyyətimizi, musiqimizi, sənətkarları təbliğ edəcəyik... İnanın mənə ki, tamaşaçılar ona da baxacaq, onlar da reytinq gətirəcək, öz işçilərinə maaş verə biləcəklər. Məsələ bundadır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3567   Tarix: 27 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Texnologiya inkişaf edir, insanlar təşviş keçirir: İşini itirmək qorxusu psixologiyaya necə təsir edir? - PSİXOLOQDAN AÇIQLAMA

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi əmək bazarında ciddi dəyişikliklərə yol açmaqla yanaşı, bir çox insanda gələcəklə bağlı narahatlıq yaradır. Xüsusilə gündəlik iş prosesində texnologiyadan istifadə imkanlarının genişlənməsi bəzi şəxslərdə iş yerlərini itirmək qorxusunu gücləndirir

5 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr