"Azərbaycan və İraq bütün beynəlxalq təşkilatlarda hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəkləyir" - Kamilə Əliyeva
"İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri dövlətlərimiz arasında dostluq münasibətlərinin gücləndirilməsinə töhfə verəcək".
Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.
Deputat qeyd edib ki, Azərbaycan və İraq bütün beynəlxalq təşkilatlarda hər zaman həmrəylik nümayiş etdirir, bir-birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir:
"Son dövrlər İraq Yaxın Şərq bölgəsində həm siyasi, həm də iqtisadi cəhətdən inkişaf edən ölkələrdəndir. İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri dövlətlərimiz arasında dostluq münasibətlərinin gücləndirilməsinə töhfə verəcək. Prezident cənab İlham Əliyev İraq Respublikasının Prezidentinin səfəri ilə əlaqədar mətbuata bəyanatla çıxış etdi. Çıxışında ölkə başçımız İraqla Azərbaycan arasında əlaqələr, Ermənistanın 30 il ərzində torpaqlarımızı işğal altında saxlaması, 2020-ci ildə Azərbaycanın işğala son qoyması, cari ildə ölkəmizin öz ərazi bütövlüyü və suverenliyini təmin etməsi, hal-hazırda Azərbaycanın sülhün bərqərar olması istiqamətində atdığı addımlar barədə məlumat verdi.
Azərbaycan və İraq bütün beynəlxalq təşkilatlarda hər zaman həmrəylik nümayiş etdirir, bir birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunmasının tərəfdarı olduğunu bəyan etmiş və bütün ölkələri beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyə çağırış etmişdir. Təəssüf ki, bir sıra böyük dövlətlər digər regionlarda sülhün yaranmasına mane olur, regionlarda yeni müharibə ocaqlarının yaranmasına çalışırlar. Bu dövlətlər öz müstəmləkəçilik siyasətini həyata keçirmək üçün bəzi dövlətlərdən oyuncaq kimi istifadə edirlər. Tarix boyu müstəmləkə siyasəti yürüdən Fransa Cənubi Qafqazda öz çirkin siyasətini həyata keçirmək üçün Ermənistandan istifadə edib və bu niyyətini bu gün də davam etdirir. Azərbaycan torpaqlarını 30 il işğalda saxlayan Ermənistana Fransa hər zaman dəstək verib.
Cənab İlham Əliyev Prezident seçildiyi ilk vaxtdan Azərbaycanla Ermənistan arasında münaqişənin sülh yolu ilə həll edilməsinə çalışıb. Ermənistan dövləti isə Qərbdəki havadarlarının dəstəyi və köməyi ilə işğalı davam etdirirdi. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq hərbi yolla torpaqlarını işğaldan azad etdi və Qarabağda öz suverenliyini tam bərpa etdi. Artıq ölkəmizin bütün ərazisində Azərbaycan bayrağı dalğalanır. Təəssüf olsun ki, Ermənistan hakimiyyəti bugün də Fransanın təsirindən çıxıb sülh müqaviləsi bağlamağa cürət etmir.
Ölkə başçımız çıxışında bir daha sülh danışıqlarının heç bir dövlətin vasitəçiliyi olmadan Azərbaycan Ermənistan arasında aparılmasının müsbət nəticələnə biləcəyini vurğuladı.İraq Prezidentinin Azərbaycana səfəri çərçivəsində imzalanan sənədlər iki ölkə arasında əlaqələri daha yüksək səviyyəyə çatdıracaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb