Dünyaya gətirdin və atdın... - Bəs cəzası nədir?

Dünyaya gətirdin və atdın... - Bəs cəzası nədir?Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Sumqayıt şəhərində anası tərəfindən küçəyə atılmış körpə xəstəxanada vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, doğulduqdan dərhal sonra anasının imtina etdiyi körpə 7 ay xəstəxanada saxlanılsa da, orada dünyasını dəyişib. Baş vermiş bu hadisə bir çox suallar yaradıb.

Bəs öz körpəsini küçəyə atan insanlar hansı məsuliyyəti daşıyır? Köməksiz vəziyyətdə qalan körpə dünyasını dəyişsə və ya sağlamlığı pozulsa, onun valideynini və ya küçəyə atan digər şəxsi hansı cəza gözləyir?

Əslində buna bənzər hadisələr ilk dəfə olmadığından cəzalandırmalara da az şahidlik etməmişik. Bu ilin yanvarında Masazır qəsəbəsində yenicə dünyaya gətirdiyi körpəsini 5-ci mərtəbədən asfalt yola atan 1994-cü il təvəllüdlü T.Əkbərova onu qətlə yetirməkdə təqsirli bilinib. Qadın Cinayət Məcəlləsinin 121-ci (Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsi ilə təqsirli bilinib. Övladını öldürən anaya 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib, üzərinə elektron nəzarət cihazı yerləşdirilib. Həmçinin təyin edilmiş vaxtlarda yaşadığı yeri tərk etməməsi, yaşayış yerini özbaşına dəyişməməsi kimi vəzifələr üzərinə qoyulub.

Digər hadisə 17 iyulda Sabunçu qəsəbəsində qeydə alınıb. Yenidoğulmuş körpəsini zibil qutusuna atan qadın da məhz Cinayət Məcəlləsinin 143-cü maddəsinə əsasən məsuliyyətə cəlb edilib. Hadisə vaxtı uşağın səhhətinə ciddi ziyan dəymədiyindən o, nisbətən yüngül maddə ilə ittiham edilib.

Hüquqşünaslar deyir ki, bu kimi əməllər adətən Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) maddəsi ilə məsuliyyət yaradır.

Vəkil Vasif İsrafilov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, buraya valideyninin özünü müdafiə imkanı olmayan körpəsini harasa atması, həkimin xəstəyə bilərəkdən yardım göstərməməsi, hər hansı bir şəxsin yataq xəstəsi olan şəxsi bilərəkdən sahibsiz qoyması və digər halları aid etmək olar: "Qanunda bildirilir ki, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə, bu cinayət məsuliyyəti yaradır. Belə bir hal istintaqla müəyyən edilərsə, təqsirləndirilən şəxs min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu maddəyə əsasən ictimai təhlükəlilik ondan ibarətdir ki, həmin əməlin törədilməsi nəticəsində təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanlarından məhrum olan zərərçəkmiş şəxsin həyatı və sağlamlığı təhlükə altına alınmış olur. Belə əmələ görə cinayət məsuliyyətinin nəzərdə tutulması müxtəlif səbəblərdən öz təhlükəsizliyini təmin edə bilməyən şəxslərin labüd təhlükədən qorunmasına yönəlib. Həyat və sağlamlığı üçün yaranmış təhlükəli vəziyyət, habelə özünü qorumaq imkanından məhrum olma bir neçə amillə bağlı ola bilər. Bunlardan biri də təhlükədə qalan şəxsin azyaşlı olmasıdır. Azyaşlının həyat və sağlamlığı real təhlükəyə məruz qalarsa, bu maddənin tərkibi ilə təhlükədə qoyan cinayət məsuliyyətinə cəlb edilir. Valideynin köməksiz vəziyyətdə qalan azyaşlı uşağa qayğı göstərmək vəzifəsinin əvvəlcədən olması cinayət məsuliyyətinin yaranmasına səbəb olur".

V.İsrafilov əlavə edib ki, yeni doğulmuş uşaq istisna olunmaqla ananın əməllərində təhlükədə qoymadan başqa digər əlamətlər varsa, bu hal daha ağır cinayət məsuliyyətinə səbəb ola bilər: "Belə hal konkret olaraq uşağı yalnız təhlükədə qoymaqla kifayətlənmədikdə yarana bilər. Ana öz uşağını təhlükədə qoyduqda onun niyyətı uşağı öldürməyə, sağlamlığına xəsarət yetirilməsinə yönəlibsə, bu halda onun əməli qəsdən adam öldürmə, qəsdən sağlamlığa xəsarət yetirmə və sair cinayət tərkibini yarada bilər. Cinayət Məcəlləsinin 121-ci maddəsinə əsasən ananın yeni doğduğu uşağı qəsdən öldürməsi cinayət məsuliyyətini yaradır. Bu maddə ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsini nəzərdə tutur və əməli törətmiş şəxs üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır".

Vəkil əlavə edib ki, Məcəllənin 121-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan cinayət qəsdən adam öldürmənin yüngülləşdirici hallarından biri hesab olunur: "Bu cinayət ona görə yüngülləşdirici hallarda qəsdən adam öldürmənin bir növü hesab edilir ki, yeni doğduğu uşağı qətlə yetirən qadının psixikası kəskin deformasiyaya uğrayır, o, öz hərəkətləri üzərində nəzarəti qismən itirir. Eyni zamanda, hamilə qadının hamiləlik müddətində və doğum zamanı orqanizmində gedən mürəkkəb proseslər onun normal fiziki qabiliyyətini də müəyyən qədər məhdudlaşdırır. Orqanizmdə gedən psixo-fizioloji proseslərin təsiri altında belə qadınların xasiyyəti dəyişir, onlar səbirsiz olurlar, heç bir səbəb olmadan və tez-tez əsəbləşirlər və s. Orqanizmin belə vəziyyəti hamilə qadının öz iradəsindən asılı olmur. Hamilə qadının doğum vaxtı və doğuşdan qısa müddət sonra psixo-fizioloji vəziyyəti onu müəyyən qədər məhdud anlaqlılıq vəziyyətinə salsa da, tam anlaqsız etmir. Məhz bu səbəbdən təqsirkarın cinayət məsuliyyəti istisna olunmur. Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi bir sıra sosial-psixioloji səbəblərlə əlaqəli ola bilər. Çox vaxt belə cinayətlər nikahdankənar, faktiki nikah münasibətlərindən hamilə olan qadınlar tərəfindən törədilir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 776   Tarix: 29 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

5 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr