280 şagirdlik internat gimnaziyada 720 uşağın qeydiyyatda olduğu müəyyən edilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Qrupu (MPQ) tərəfindən Sumqayıt şəhərində yerləşən internat tipli gimnaziya, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəb və inteqrasiya təlimli internat tipli gimnaziyada monitorinqlər aparılıb.
APA Ombudsman Aparatına istinadən xəbər verir ki, Sumqayıt şəhər İnternat Tipli Gimnaziyada keçirilmiş monitorinq zamanı 280 şagird yerlik müəssisədə sıxlığın yaşandığı, 720 uşağın qeydiyyatda olduğu müəyyən edilib.
Bildirilib ki, məktəb yataqxanasında 30 məcburi köçkün ailəsinin məskunlaşması da sıxlığa təsir edən amillərdəndir.
Qeyd edilib ki, müəssisənin, xüsusilə də onun yataqxanasının təmirə əsaslı ehtiyacı olduğu, hamam otağının olmadığı, işıqlandırma ilə bağlı məsələnin təkmilləşdirilməsinə zərurət olduğu müəyyən edilib.
"Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbdə ibtidai sinif şagirdləri istisna olmaqla, digər şagirdlərin xüsusi dərs vəsaitləri ilə təmin edilməsində çətinliklər aşkar olunub. Müəssisə sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulsa da, infrastrukturun müyəssərliyinin təmin edilmədiyi, pandusların quraşdırılmadığı, məktəbin yeməkxanasında havalandırma sisteminin olmadığı müşahidə edilib.
Monitorinqlər çərçivəsində uşaqlarla görüş keçirilib, onlara Ombudsmana müraciət imkanları və üsulları barədə məlumat verilib.
Yekunda müəssisə rəhbərləri ilə söhbətlər aparılıb, çatışmazlıqların aradan qaldırılması istiqamətində tövsiyələr verilib, eyni zamanda, hər üç müəssisənin nizamnaməsinin yenilənməsinə ehtiyac olduğu diqqətə çatdırılıb.
Başçəkmənin nəticəsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət olunacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1186 Tarix: 29 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabrMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabrNeft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
6 noyabrLeysan, dolu, qar - Sabahın havası
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
5 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d
6 noyabr