"Artıq ölkəmizdə kəndlə şəhər arasında heç bir fərq qalmayıb" - Deputat
"Artıq ölkəmizdə kəndlə şəhər arasında heç bir fərq qalmayıb".
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə "Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi" mövzusunda keçirilən ictimai dinləmə zamanı deyib.
Onun sözlərinə görə, regional məsələlər Ümummilli Lider Heydər Əliyevin əsas diqqət etdiyi sahələrdən biri olub: "Sovet dövründə Azərbaycan aqrar, sosial, kənd təsərrüfatı və bir çox sahələrdə ən geridə qalan ölkə idi. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsində sonra Azərbaycan aqrar, sənaye, sosial, kənd təsərrüfatı və digər bütün sahələrdə inkişaf etməyə başladı. Ölkədə fabrik və zavodlar fəaliyyətə başladı, müxtəlif sahələrdə reformasiyalar həyata keçirildi. Azərbaycanın dağılmış sənaye müəssisələri yenidən işə salındı. Azərbaycanlı gənclər dövlət hesabına xaricə oxumağa göndərildi və bununla da Azərbaycanda kadr potensialı yaradıldı. Bu gün ölkə Prezidenti İlham Əliyevin də Azərbaycanın inkişafı üçün atdığı addımları, görülən işləri hər kəs görür. Prezidentin apardığı quruculuq siyasəti nəticəsində artıq kəndlə şəhər arasında heç bir fərq qalmayıb və bütün bu islahatlar Azərbaycanı regionun lider ölkəsinə çevirib".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 698 Tarix: 30 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
DSX-nin tarixinə düşən general vəfat etdi
Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı və ilk sərhədçi generalı İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib. -ə istinadla xəbər verir ki, İsgəndər Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan dövlət sərhədinin mühafizəsi sisteminin formalaşmasınd
18 sentyabrMetro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı
"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzr
17 sentyabrAdil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlı bu dəfə başından bir az da yuxarı "tullanaraq" Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s.ə.s.) təhqir edib. xəbər verir ki, A.Əmrahlı ABŞ-də yaşayan "Kolyaka" ləqəbli rusdilli strimerin "TikTok"d
17 sentyabrTahir Gözel bu bankın rəhbəri oldu
"Azərbaycan Sənaye Bankı" ASC-nin Müşahidə Şurasının sədri dəyişib. "APA-Economics"ə istinadən xəbər verir ki, Tahir Gozal bankın Müşahidə Şurasının yeni sədri seçilib. O, bu vəzifədə qardaşı Əhməd Gozalı əvəz edib. Əhməd Gozal 2022-ci ildən "Azərbaycan Sənaye Bankı"nı
18 sentyabrMədət Quliyev oğlu ilə toyda - Foto
Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə yeni fotosu yayılıb. "Qafqazinfo" xəbər verir ki, atası ilə birlikdə paytaxtda keçirilən toy məclislərindən birinə qatılan Murad Qulubəyli sosial şəbəkə hesabında ikisinin fotosun
19 sentyabrZeynəb Zamanovaya vəzifə verildi - Foto
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində kadr təyinatı olub. xəbər verir ki, agentliyin İşə qəbul və Planlaşdırma şöbəsinin rəhbəri vəzifəsinə Zeynəb Zamanova təyin olunub. Qeyd edək ki, Zeynəb Zamanova 2022-ci ildən etibarən Dövlət Məşğulluq Agentliyind
19 sentyabr