Bakıda 270 milyon manatlıq dələduzluq - Şirkət sahiblərini inandırmaq üçün lüks avtomobillər kirayələyib
Bakıda özünü iş adamı kimi təqdim edib, müxtəlif sahibkarlardan tikinti materialları alaraq pullarını mənimsəyən şirkət rəhbərinə hökm oxunub.
"Qaynarinfo"nun məlumatına görə, 1968-ci il təvəllüdlü Göygöl rayon sakini Azər Abıyev (soyad şərti - red.) Bakıda şirkət rəhbərləri və mağaza sahiblərinə Qarabağda, xüsusən Suqovuşanda müxtəlif tikinti işləri apardığına inandıraraq, onlara qarşı külli miqdarda dələduzluq edib.
2020-ci ilin müxtəlif dövrlərində şirkət sahiblərinin rəhbərlik etdiyi MMC-yə dövlət tərəfindən 270 milyon manat pul ayrıldığına, onlardan tikinti materialları alaraq pulunu sonradan hesaba köçürəcəyinə inandırıb. Nəticədə kürdəmirli iş adamından 10 200 və 15 130 manatlıq tor və mismar, tikinti materialları bazarında dam örtükləri və izolyasiya mallarının satışı mağazasının sahibindən 3 800 manatlıq mal, sement istehsalı şirkətindən 60 092,28 manatlıq və 8 064 manatlıq sement, başqa bir şirkətdən 32 621,23 manatlıq izolyasiya materialları, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 69B ünvanında yerləşən 18 nömrəli dükandan 75 365,65 manatlıq lak-boya məhsulları, məişət və elektrik malları alıb. O, aldığı məhsulları Bərdədə götürdüyü anbara yerləşdirib və satışını həyata keçirib.
Azər özünü ciddi iş adamı kimi göstərmək üçün "rent a car"dan götürdüyü "Gelandewagen" və "Maybach" markalı maşınlarla sahibkarlarla görüşə gedib. Sahibkarlar onun gəldiyi maşınların bahalı olduğunu görüb və ciddi iş adamı olduğuna inanıblar. Azər sahibkarlara MMC-sinin saxta rekvizitlərini göndərərək, onların inamını qazanıb.
Məhkəmənin qərarı ilə Azər Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib və 8 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1718 Tarix: 02 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı yeni təfərrüat açıqlanıb. -a istinadən xəbər verir ki, azyaşlının əmisi Teymur Əliyev "Teleqraf"la əlaqə saxlayaraq bildirib ki, 2 yaşlı A.İsmayılovun anası və atası boşanıb, azyaşlı anası ilə yaşayırmış:. "9 yaşlı bacısı is
29 oktyabrHəmin qəzanın səbəbi təkərdəki nasazlıq imiş...
Dünən İsmayıllı rayonununun Balik kəndində ölümlə nəticələnən yol qəzası avtomobillərdən birinin nasaz vəziyyətdə olması səbəbindən baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Göyçay rayon sakini Yasər Mustafayev "VAZ"
17 oktyabrBakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd
7 oktyabrÖtən gün qəzada yaralanan sürücü vəfat etdi
Ötən gün Xəzər rayonunda baş verən qəzada yaralanan sürücü vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. Belə ki, Elmar Hüseynovun idarə etdiyi "Daewoo" markalı avtobus Elçin Qədimovun idarə etdiyi "Lada Granta" markalı avtomobillə toqquşub
8 oktyabrAnbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
Zaqatalada gübrə satışı ilə məşğul olan böyük firmalardan birinin anbardarı həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əmrah Ramazan Valeh oğlu Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub. Anbarda
31 oktyabrLerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var
Oktyabrın 20-si gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub. -a istinadən xəbər verir ki, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən R.Səfərov qayalıqda
21 oktyabrƏr-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı
Abşeron rayonunda 21 yaşlı oğul anasını yandıraraq öldürüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. Qəsəbə sakini, 2005-ci il təvəllüdlü Abdurrəhman Həsənli atası, anası və iki bacısı ilə bir evdə yaşayıblar. Məlumata görə, onun valideynləri arasında mütəmadi mübahisələr olub
5 noyabr