Qızılca xəstəliyinə ikinci dəfə yoluxmaq mümkündür? - AÇIQLAMA

Qızılca xəstəliyinə ikinci dəfə yoluxmaq mümkündür? - AÇIQLAMAÖlkə ərazisini ağuşuna alan qızılca xəstəliyi gündəmin əsas mövzusudur. Təkcə uşaqlar deyil, böyüklər arasında da müşahidə edilən yoluxmalar hər kəsdə təşviş yaradıb. Ekspertlərin bəziləri hesab edirlər ki, bu xəstəlik qızılcanın başqa növüdür, hansısa virusdan qaynaqlanır. Əslində, "qızılca xəstəliyini hamı keçirməlidir" kimi bir anlayış uzun illərdir ki, insanların beynində formalaşıb. Əbəs yerə deyil ki, el arasında "qəbirdə də olsan, qızılcanı çıxarırsan" deyirlər. Lakin həkimlər bu anlayışı tamamilə mif adlandırırlar. Hazırda vətəndaşları ən çox qorxudan "Əvvəllər qızılca keçirənlər ikinci dəfə yoluxa bilərlərmi?" sualıdır.

Tanınmış tibb elmləri doktoru, professor Adil Qeybulla Pravda.az-ın bu barədə suallarını cavablandırıb.

Professor deyib ki, qızılca xəstəliyinə yoluxma ömürdə bir dəfə olur: "Sonra insanda daimi immunitet yaranır, ikinci dəfə yoluxma olmur. Amma heç vaxt qızılcaya yoluxmayanlar peyvənd olunsalar belə, qızılcaya yoluxa bilərlər. Sadəcə, peyvənd olunduqları üçün xəstəliyi çox yüngül keçirirlər. Buna görə də vaksinasiya vacibdir".

A.Qeybulla hazırda kəskin şəkildə yayılan qızılcanın hansısa virusdan qaynaqlandığını iddia edənlərə isə belə cavab verib:

"Qızılca xəstəliyi qızılca virusu tərəfindən törədilir. Hazırda yayılan xəstəliyi törədən də eyni qızılca virusudur. Heç bir başqa virusdan söhbət gedə bilməz. Sadəcə, epidemioloji vəziyyətin pisləşməsi bununla bağlıdır ki, uşaqların müəyyən kateqoriyası müdafiəsizdir. Çünki valideynlər bir müddət milli peyvənd təqvimi üzrə peyvəndləməyə laqeyd yanaşıblar, uşaqlar peyvənd olunmayıblar. Buna görə də müəyyən kateqoriyalı uşaqlar peyvənddən kənarda qalıblar. Nəticədə, bu cür kəskin yoluxmalar var. Müdafiəsiz, immuniteti olmayan uşaqlar qızılcadan xəstələnirlər. Zamanında da həmişə qızılcadan kütləvi uşaq ölümü olurdu. Bu gün də eyni şeyin şahidiyik.

Qızılca yoluxucu xəstəlikdir. Kəskin pnevmoniyaya və beyin ödəminə gətirib çıxara bilər. Ölümün də əsas səbəbi budur. Valideynlər uşaqlarını zamanında peyvənd etməyiblər, qaçıblar, bəziləri imtina ərizəsi yazıb. Ən birinci bu məsələnin üzərində dayanmalıyıq. Hesab edirəm ki, dövlətin müvafiq orqanı bununla bağlı təcili işlər görməlidir. Vaksinasiya icbari xarakter almalıdır. Bu, hansısa arzuya bağlı ola bilməz. Epidemioloji vəziyyəti nəzərə alaraq icbari peyvəndləmə başlanmalıdır. Vəziyyətdən çıxış yolu ancaq budur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1066   Tarix: 04 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

İt-pişik saxlayanların xərci artır - Yeni rüsum

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini

5 noyabr