"Sea Breeze" işində yeni sənəd nələri ortaya çıxardı?
Bu ilin yayında "Sea Breeze"də baş verən kütləvi dava ilə bağlı Cavad Vahid oğlu Muradov və Şamxal İlham oğlu Məmmədov hakim qarşısına çıxarılıb.
"Qafqazinfo"nun məlumatına görə, Sabunçu Rayon Məhkəməsində baş tutan hazırlıq iclasında hakim Mirheydər Zeynalov iş üzrə zərərçəkən Məhəmməd Həsənzadənin valideyn və vəkillərinə onun telefon danışıqları ilə bağlı çıxarışları təqdim edib.
Vəkillər bu sənədi tələb etmələrini belə əsaslandırır ki, istitaqın qənaətinə görə, "Sea Breeze"də dava düşən zaman Elmir İsmayılov özünün mühafizə rəisi Məhəmməd Həsənzadə və mühafizəçiləri Peyman Vəlizadə və məktəbli M.Ə-nin müşayiəti ilə orada olublar.
Elmir İsmayılov masa arxasında əyləşəndə Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və M.Ə masa ətrafında ayaq üstündə dayanmaqla guya onu mühafizə ediblər. Faktiki isə Elmir İsmayılov restoranda olarkən Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və M.Ə orada olmayıblar. İstintaq dövründə Məhəmməd Həsənzadənin vəkilləri dəfələrlə vəsatət qaldıraraq ona məxsus telefon-anten məlumatlarının alınması üçün mobil operator "Azercell"ə sorğu göndərilməsini tələb ediblər. Lakin istintaq dövründə vəsatət təmin edilməyib.
Bu səbəbdən də eyni məzmunlu vəsatəti Məhəmməd Həsənzadənin vəkilləri məhkəməyə də təqdim ediblər. Hakim Mirheydər Zeynalovun "Azercell"ə verdiyi sorğuya cavab isə istintaqın Elmir İsmayılovun restorana Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və Murad Əhmədlinin mühafizəsi ilə gəlməsi qənaətini, ümumilikdə isə ittihamını təkzib edir.
Əslində isə Məhəmməd Həsənzadənin "Sea Breeze"yə gəlməsi belə olub:
Elnur Məmmədov restoranda dava salıb Elmir İsmayılova xəsarət yetirdiyi, maşınını əzib-sındırdığı saatlarda Məhəmməd Həsənzadə Bakının Mərdəkan qəsəbəsində olub.
"Azercell"dən verilən cavabdan da görünür ki, hadisə günü Məhəmməd Həsənzadə dava zamanı "Sea Breeze"nin yerləşdiyi Nardaran qəsəbəsində deyil, ondan təxminən 23-24 kilometr aralıda yerləşən Mərdəkanda olub.
Məhəmməd Həsənzadə Mərdəkanda sinif yoldaşı Elgün İsmayılov, Peyman Vəlizadə və M.Ə ilə birgə istirahət ediblər. O zaman Elmir İsmayılov qardaşı Elgün İsmayılova zəng edib. O, "Sea Breeze"də dava düşdüyünü, ona xəsarət yetirildiyini və maşınının əzildiyini bildirib.
Elmir İsmayılov qardaşı Elgündən xahiş edib ki, "Sea Breeze"ə gəlib onu xəstəxanaya çatdırmağa kömək etsin. Elgün İsmayılov Mərdəkandan Nardarana gələrkən dostları Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və M.Ə də onun maşınına minərək birgə gəliblər. Onlar da Elgün İsmayılovla birgə "Sea Breeze"də restorana daxil olub Elmir İsmayılovu axtarıblar.
Elgün İsmayılov dostları ilə "Sea Breeze"ə gəldikləri vaxt artıq Elmir İsmayılovun xəsarət alması, maşınının əzilməsi ilə müşayət olunan davadan 1 saatdan artıq vaxt keçib.
Onlar restorana daxil olandan sonra yanlış olaraq Elnur Məmmədov və ətrafındakı kütlə istiqamətinə yönləndiriliblər.
Elnur Məmmədov və ətrafındakılar Elmir İsmayılovu axtaran onun qardaşı Elgün İsmayılovu, Məhəmməd Həsənzadəni, Peyman Vəlizadəni də döyüb xəsarət yetiriblər.
Qeyd edək ki, Elnur Məmmədov Binəqədi İcra Hakimiyyəti başçısının sabiq müavini Leysan Məmmədovun oğludur.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2287 Tarix: 04 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabr"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabrLeysan, dolu, qar - Sabahın havası
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
5 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d
6 noyabrAfaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb
6 noyabrMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabr9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini
5 noyabrAğıllı saatlara görə vergi alınacaq
Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2
5 noyabrİt-pişik saxlayanların xərci artır - Yeni rüsum
Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini
5 noyabr