"Ailə-məişət xarakterli zorakılıq əməllərinin qarşısının vaxtında alınması üçün operativ tədbirlər görülür"-Bahar M.
"İnkaredilməz faktdır ki, hazırda dünyanın müxtəlif bölgələlərində iqlim dəyişmələri, təbii fəlakətlərlə yanaşı, hərbi-siyasi münaqişələr və müdaxilələr səbəbindən insanlar əziyyət çəkir, hüquqları pozulur, yaşamaq, daimi iş, dayanıqlı gəlir əldə etmək imkanlarından məhrum olur, müxtəlif zorakı münasibətlərə məruz qalırlar".
Sonxeber.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu məsələlər, eləcə də Minilliyin İnkişaf Gündəliyinə daxil olan istiqamətlər və hədəflər bizim hamımızı, beynəlxalq təşkilatları, dövlət rəsmilərini öz üzərilərinə düşən öhdəlikləri yerinə yetirməyə, insanları və cəmiyyətin əsası saydığımız ailələri hər cür zərərli təsirlərdən və təhlükələrdən qorumağa yönəlmiş səylərini birləşdirməyə vadar edir:
"Bu baxımdan Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdiyi illərdə üzləşdiyi çətinliklərə, Ermənistanın işğalı zamanı məruz qaldığı sarsıntılara, iqtisadi, insanı və ərazi itkilərinə rəğmən öz vətəndaşları qarşısında öhdəliklərinə sadiqliyi unikal bir örnək olmaqla yanaşı, bizim üçün həm də qürur doğuran bir tarixdir. Münaqişə və müharibə dövründə iqtisadi-sosial problemlərdən təsirlənmiş ailələrin psixo-sosial durumunu kəskinləşdirən səbəblərin aradan qaldırılması, onların rifahına, hüquqlarının təmin edilməsinə xidmət edən mühüm qərarlar, qanunlar, dövlət proqramları qəbul edilib, uğurla həyata keçirilib, həmçinin yeni təsisatlar yaradılıb".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 521 Tarix: 06 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrBakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabrLeysan, dolu, qar - Sabahın havası
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
5 noyabrBu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc
6 noyabrAzərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa
5 noyabr