"Xonça" Peşələr Festivalında iştirak edib
"Araz" supermarketlər şəbəkəsinin "Xonça" fabriki Peşələr Festivalında iştirak edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə təşkil edilən Peşələr Festivalına Bakıda yekun vurulub.
Qafqazın böyük şirniyyat istehsal fabriklərindən olan "Xonça" festivalda 40 çeşiddə 1000-dən çox məhsul nümayiş etdirib. İştirakçılara məhsullar və onların hazırlanması barədə məlumatlar verilib. "Xonça"nın texnoloqları peşə seçimi mərhələsində olan gənclər üçün ustad təlimi keçiblər. Master-klasda şokoladlı, çiyələkli və meşə giləmeyvəli 3 növ desert hazırlanıb.
Tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Milli Məclisin sədr müavini Adil Əliyev və digər millət vəkilləri, eləcə də universitet rektorları "Xonça"nın qonağı olublar. Onlara "Xonça"nın un və şirniyyat məmulatları təqdim edilib, hazırlanması texnologiyası barədə məlumat verilib. "Xonça"nın peşəkar komandası tərəfindən ərsəyə gələn məhsullar Festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Xatırladaq ki, il ərzində 8 000 ton məhsul istehsal edilən "Xonça" fabrikində 200 növdən çox şirniyyat və un məmulatları istehsalı, həmçinin ketrinq xidmətləri fəaliyyət göstərir. Fransa, Almaniya, Avstriya, Rusiya və Ukraynada xüsusi təlim keçmiş texnoloqlar və işçi heyəti ilə çalışan fabrikdə müxtəlif növ ətirli çörəklər, bulkalar, Şərq və Avropa kulinariyasına məxsus tort və şirniyyatlar, paketli hazır məhsullar hazırlanır. Hazırda "Xonça" məhsulları Veysəloğlu Şirkətlər Qrupunun "Araz" və "Spar" mağazalarında alıcılara təqdim olunur, həmçinin ölkənin böyük korporativ şirkətləri, beş ulduzlu hotellərini müxtəlif məhsullarla təmin edir.







Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1084 Tarix: 06 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrBakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər
5 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabrLeysan, dolu, qar - Sabahın havası
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
5 noyabrBu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc
6 noyabrAzərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa
5 noyabr