Sahibə Qafarova Türkiyə Respublikasının Ədalət və İnkişaf Partiyasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Sahibə Qafarova Türkiyə Respublikasının Ədalət və İnkişaf Partiyasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşübMilli Məclisin sədri Sahibə Qafarova dekabrın 6-da Türkiyə Respublikasının Ədalət və İnkişaf Partiyası sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Sonxeber.az xəbər verir ki, görüşdə Zafer Sırakaya Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun salamlarını Azərbaycan Milli Məclisinin sədrinə çatdırıb. Sahibə Qafarova onun da salamlarını TBMM sədrinə çatdırmağı xahiş edib.

Söhbət zamanı qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarını rəhbər tutan Azərbaycan və Türkiyə arasında münasibətlər uğurla inkişaf edir. Dövlət başçılarımızın dostluq və qardaşlıq münasibətləri ölkələrimiz arasında əlaqələrin dinamik inkişafına geniş imkanlar yaradır. Ölkələrimizin liderlərinin siyasi iradəsinin və qətiyyətinin nəticəsidir ki, dövlətlərarası münasibətlər özünün ən yüksək səviyyəsinə - müttəfiqlik səviyyəsinə çatıb.

Görüşdə vurğulanıb ki, bu münasibətlər parlamentlər arasında da əməkdaşlığın daha da genişlənməsini şərtləndirib. Vurğulanıb ki, Azərbaycan-Türkiyə əlaqələrinin daha da inkişaf etdirilməsi üzrə hədəfləri müəyyən edən və yol xəritəsi rolunu oynayan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsində parlamentlərarası əlaqələrin inkişafına dair bəndin olması da ölkələrimizin qanunvericilik sahəsində də əməkdaşlığı daha da inkişaf etdirmək niyyətinin göstəricisidir. Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında çoxşaxəli əməkdaşlıq həyata keçirilir. Deputatlarımız ikitərəfli, üçtərəfli və çoxtərəfli formatlarda uğurla fəaliyyət göstərirlər.
Söhbət zamanı qardaş ölkələrimizin dövlət qurumları və təsisatları arasında əməkdaşlığın inkişaf etdirilməsinin münasibətlərimizin daha da möhkəmlənməsinə töhfə verdiyi qeyd edilərək, bu mənada ölkələrimizin hakim partiyaları - Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası (AKP) arasında əməkdaşlıq əlaqələrinin böyük əhəmiyyət kəsb etdiyi ifadə olunub. Vurğulanıb ki, partiyalar arasında əlaqələrin gücləndirilməsi ölkələrarası münasibətlərin inkişafına mühüm töhfə verir. Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Azərbaycan parlamenti partiyalar arasında əlaqələrin gücləndirilməsini dəstəkləyir.

Görüşdə hazırda regionda mövcud olan vəziyyət haqqında da fikir mübadiləsi aparılıb. Spiker Sahibə Qafarova dünyada bir sıra gərginliklərin, islamofobiya meyllərinin, beynəlxalq münasibətlərdə ikili standartların mövcud olduğunu xatırladaraq, qeyd edib ki, bəzi təşkilatlarda Azərbaycana və Türkiyəyə qarşı qərəzli, birtərəfli münasibətlərin şahidi oluruq. Milli Məclisin sədri bu cür meyllərə qarşı mübarizədə də birgə əməkdaşlığın önəmini diqqətə çatdırıb. O, Azərbaycan-Türkiyə münasibətlərinin regionda sabitliyə, sülhə və əməkdaşlığa xidmət etdiyini vurğulayıb.

Azərbaycan və Türkiyənin ortaq tarixi, mədəniyyəti, dəyərləri ilə bağlı fikirlərini bildirən Sahibə Qafarova qardaş xalqlarımızı birləşdirən ən mühüm dəyərlərdən biri kimi ailə dəyərlərinin birgə təşviqinin əhəmiyyətini də diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Sahibə Qafarova Türkiyə Respublikasının Ədalət və İnkişaf Partiyasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşübSahibə Qafarova Türkiyə Respublikasının Ədalət və İnkişaf Partiyasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşübSahibə Qafarova Türkiyə Respublikasının Ədalət və İnkişaf Partiyasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşübSahibə Qafarova Türkiyə Respublikasının Ədalət və İnkişaf Partiyasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 935   Tarix: 06 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü: Dövlətçilik, hüquqi təminatlar və milli suverenliyin təməli

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü ölkəmizin dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu tarix müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını təşkil edən, xalqın iradəsini, dövlətin idarəçilik prinsiplərini, insan və vətəndaş hüqu

5 noyabr
.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

5 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr