Azərbaycanda gələn il iki seçki keçirilə bilər
Azərbaycanda 2024-cü ildə iki seçki keçiriləcək.
"Report"un xəbərinə görə, gələn il fevralın 7-də növbədənkənar prezident seçkisi elan olunub.
Bununla bağlı dövlət başçısı İlham Əliyev dekabrın 7-də sərəncam imzalayıb.
Həmin ilin dekabrında isə ölkədə bələdiyyə seçkisinin keçirilməsi gözlənilir.
Seçki Məcəlləsinin 213-cü maddəsinə (Bələdiyyə seçkisinin təyin edilməsi) əsasən, bələdiyyə seçkisini Seçki Məcəlləsinin 211.1-ci və 211.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir. Bələdiyyə seçkisinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci iki gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.
Xatırladaq ki, Azərbaycanda bələdiyyələrin səlahiyyət müddəti beş ildir. Sonuncu bələdiyyə seçkisi isə 2019-cu il dekabrın 23-də keçirilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1048 Tarix: 07 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda zəlzələ oldu
Yardımlı stansiyasından 23 km cənub-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 16:03-də baş verib. Yeraltı təkanın maqnitudası 3.1, dərinliy
17 sentyabrAYNA sərnişinlərə müraciət etdi
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinlərə müraciət edib. xəbər verir ki, AYNA-nın məlumatına görə, sərnişindaşımanın fasiləsiz təşkili istiqamətində tədbirlər davam etdirilir. Qeyd olunub ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində AYNA tərəfindən təşkil edilən ekspres avtobuslarl
17 sentyabrAlla Axundova vəfat etdi
Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad
17 sentyabr