"Artıq Azərbaycanın müəllifi olduğu reallıqların mahiyyəti və əhəmiyyəti beynəlxalq səviyyədə dəyərləndirilir" - Səttar Möhbalıyev

"Artıq Azərbaycanın müəllifi olduğu reallıqların mahiyyəti və əhəmiyyəti beynəlxalq səviyyədə dəyərləndirilir" - Səttar MöhbalıyevAzərbaycan bu gün öz sözünü açıq deyən, dövlət və xalqın mənafeyi naminə qətiyyətli mövqe sərgiləyən ölkədir. Çünki onun rəhbəri cənab İlham Əliyev haqq və ədalətə, beynəlxalq hüququn prinsiplərinə əsaslanan məqsədyönlü siyasət aparır. Bu siyasət nəinki Azərbaycan, həm də region ölkələri üçün faydalıdır. Bunun Azərbaycanın regiona gətirdiyi reallıqlar bir daha sübut edir. Ermənistanın işğal siyasəti bu coğrafiyanı bataqlığa çevirmişdi. Bununla bağlı Azərbaycan dünyaya çağırış edirdi, münaqişənin sülh yolu ilə həllinə səsləyirdi. Amma nə Ermənistan sülhə gəldi, nə də bu barədə ona beynəlxalq təzyiq oldu. Odur ki, Azərbaycan tərəfi bu münaqişəni beynəlxalq hüquq çərçivəsində özü həll etdi. Azərbaycanın istəyi nə idi: işğalı aradan qaldırmaq, bütün ölkədə dövlət suverenliyini təmin etmək, ərazidən zorla qovulmuş 1 milyondan artıq sakinin hüquqlarını bərpa etmək və s.Azərbaycanın formalaşdırdığı reallıqlar isə sülhə, təhlükəsizliyə, iqtisadi inkişafa, əmin-amanlığa söykənir. Bütün bunlar ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda təqdir olundu. Dövlətimizin başçısı dərin məzmunlu, məntiqli və aydın çıxışı ilə baş verən hadisələri, proseslərin gedişini, o cümlədən işğalın acı nəticələrini, Şərqi Zəngəzurun və Qarabağın dirçəldilməsi naminə görülən işləri, bu istiqamətdə üzləşilən çətinlikləri, habelə mina problemini iştirakçıların diqqətinə çatdırdı və onları maraqlandıran sualları cavablandırdı. Ünvanlanan sualların məzmunundan da görünürdü ki, forum iştirakçıları Azərbaycanın bölgəyə gətirdiyi reallıqların mahiyyətini və əhəmiyyətini dərk edir.

Sonxeber.az xəbər verir ki, bu fikirləri açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

"Ceymstaun Fondunu təmsilçisi cənab Metyu Brayza işğaldan azad edilmiş Azərbaycan ərazilərini nəzərdə tutaraq bildirdi ki, dünyanın heç bir yerində darmadağın edilmiş geniş bir ərazinin yenidən qurulduğu ikinci belə məkan yoxdur. Hətta bunu görünməmiş hal adlandırdı. Aydın olur ki, artıq hamı görülən işlərin fərqindədir. Həqiqətən də, Azərbaycan həmin ərazilərdə misli görünməmiş tikinti-quruculuq işləri aparır. Tamamilə dağıdılmış ərazilərdə yeni şəhərlər, qəsəbələr, kəndlər salmaq, özü də dağlıq ərazidə bütün bu işlərin öhdəsindən gəlmək, sözsüz ki, asan deyil. Lakin Azərbaycan sistemli və sürətli şəkildə ərazini yenidən qurur. Təbii ki, bu, dövlətimizin qüdrətini, iqtisadi gücünü göstərir. Görülən bütün işlərə şəxsən nəzarət edən Prezident İlham Əliyev 29 yaşayış məntəqəsinin təməlini qoyub. Ümumilikdə isə 63 müxtəlif təyinatlı obyektin açılışı olub. Bərpa işlərinə indiyədək büdcəsindən 7 milyard dollar həcmində vəsait sərf edilib. Gələn il isə bu məqsədlər üçün planlaşdırılan minimum büdcə 2,4 milyard dollar həcmində nəzərdə tutulub", - Milli Məclisin deputatı bildirib.

AHİK sədri qeyd edib ki, həm Ermənistan iqtidarı, həm də müxalifəti Prezidentimizin çıxışından dərs götürməlidir: "Bilməlidirlər ki, onların işğal planları çoxdan məhv edilib, bu xəyallarla yaşamaq artıq əbəsdir. Çünki dəmir yumruq yerindədir. Qaşılarında onları məğlub etmiş qüdrətli Azərbaycan var. Odur ki, onlara mənasız havadarlıq edənlərin fitnələrinə uymasınlar, reallıq başqadır. Ümumilikdə dövlətimizin başçısı cənab İlham Əliyev forumda Azərbaycanın sülh səylərini, iqtisadi müstəqilliyini və inkişafını, regionun hərtərəfli tərəqqisinə mühüm töhfələr verən təşəbbüslərini və addımlarını, gələcək perspektivləri iştirakçıların diqqətinə çatdırmaqla ölkəmizin qüdrətini və dünya üçün əhəmiyyətini göstərdi".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 891   Tarix: 07 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü: Dövlətçilik, hüquqi təminatlar və milli suverenliyin təməli

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü ölkəmizin dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu tarix müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını təşkil edən, xalqın iradəsini, dövlətin idarəçilik prinsiplərini, insan və vətəndaş hüqu

5 noyabr
.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

5 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr