SSRİ-nin gizlətdiyi faciə: 77 ölü, ac-susuz saxlanılan xilasedicilərimiz - VİDEO

SSRİ-nin gizlətdiyi faciə: 77 ölü, ac-susuz saxlanılan xilasedicilərimiz - VİDEOBaku TV-də yayımlanan "Aydın tarix" verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayında 1988-ci ildə Ermənistanda baş vermiş Spitak zəlzələsi və Azərbaycanın həmin dövrdəki humanistliyindən bəhs olunub.

1988-ci ili son ayı, ilin əvvəlində artıq ermənilər tərəfindən Sumqayıt şəhərində təxribat xarakterli qırğınlar törədilmişdi, Xankəndidə isə separatçıların təşkilatlanması yekunlaşmış və onlar meydana axışaraq Qarabağa müstəqillik tələb edirdilər.

Bunları xatırlamağımızda məqsəd o zaman hələ ki mövcud olan Azərbaycan və Ermənistan SSR arasındakı münasibətlərin nə qədər qərgin olduğunu yada salmaqdır.

Kimisi 1988-ci ilin dekabrın 7-də Ermənistanın şimalında 7,2 bal gücündə zəlzələnin baş verməsini ilahi karma, kimisi isə böyük bir faciə günü kimi qəbul edir. Yeraltı təkanlar 30 saniyə ərzində Ermənistanın Spitak şəhərini məhv edib, Leninakan, Kirovakan Quqark və Stepanavan şəhərlərini dağıtdı.

Ümumilikdə 21 şəhərdə, eləcə də 58 tam olmaqla 350 kənddə dağıntılar baş vermişdi. Rəsmi məlumatlara görə, zəlzələ nəticəsində 25 min nəfər ölüb, 170 min adam əlil olub, 514 min nəfər evsiz qalıb. Zəlzələ Ermənistan ərazisinin 40 faizinə təsir etmişdi. Yeraltı təkanlar İrəvan və Tiflisdə də hiss olunmuşdu.
Azərbaycanın tarixi ərazilərində erməni separatizminin baş qaldırmasına baxmayaraq, Bakı humanistliyindən imtina edə bilmir. Spitakdakı zəlzələdən dərhal sonra Ermənistana ilk yardım əlini uzadanlardan biri məhz Azərbaycan olur. Xilasedicilər, humanitar yardım və xüsusi texnika ilə dolu yük təyyarələri Ermənistana göndərilir.

İlk təyyarə dekabrın 9-da Leninakan yaxınlığındakı hava limanına eniş edir. Xilasadecilər qrupuna rəhbərlik edən 36 yaşlı Vaqif Əhmədov o günü belə xatırlayır:

"Dekabrın 9-u səhər saat 8:00-da bizim "İL-76" təyyarəsi Leninakan hava limanına eniş etdi. Təyyarənin göyərtəsində 69 xilasedici və doqquz ekipaj üzvü var idi. Bizi düz 11 saat hava limanında yeməksiz, susuz saxladılar. Hava çox soyuq idi. Mənə müvəqqəti olaraq xilasedici qrupuna rəhbərlik etmək tapşırıldı. Biz çadır şəhərciyi salmalı və mühafizə təşkil etməli idik, çünki bir neçə saat əzində ermənilər tərəfindən bizə qarşı hücumlar olmuşdu".

Azərbaycan xilasediciləri Ermənistanda yerli əhalinin aqressiv münsibətləri ilə qarşılaşdı. Təhdidlər yalnız sözdə deyil, əməldə də yer aldı. Dekabrın 11-də Azərbaycandan Ermənistana daha bir qrup xilasedici "İL-76" təyyarəsi ilə yola düşür. Lakin zəlzələdən zərərçəkmiş еrmənilərə yаrdım göstərmək məqsədilə Аzərbаycаndаn göndərilmiş "İL-76" təyyаrəsi Еrmənistаnın Spitak rаyоnunun Quqark şəhərinin yаxınlığındа "Stingеr" rаkеti ilə vurulur.

Daha ətraflı Baku TV-nin "Aydın tarix" buraxılışında:

BAKU.WS


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1723   Tarix: 07 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr