Kürdəmirdə tenderdə milyondan artıq vəsaiti udan "MALA" kimindir?

Kürdəmirdə tenderdə milyondan artıq vəsaiti udan "MALA" kimindir?Kürdəmir rayon İcra Hakimiyyəti 2023-cü ilin dekabr ayının 4-də "Kürdəmir şəhəri, Aran qəsəbəsi və Gənc Heydərçilər parkında görüləcək abadlıq işlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Qlobal.az xəbər veir ki, bu satınalmanın məbləği 615.631 manat təşkil edib.

Satınalmada "MALA.AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1006542391) qalib elan edilib.

"MALA.az" MMC 2020-ci ilin iyul ayının 2-də dövlət qeydiyyatına alınıb. On manat nizamnamə kapitalı olan MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Adil Məmmədov küçəsi ev 10, mənzil 16 ünvanı, qanuni təmsilçisi isə Müzəffərov Tural Fərrux oğludur.

"MALA.AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti Kürdəmir rayon İcra Hakimiyyətinə heç də yad təşkilat deyil. Belə ki, Kürdəmir İcra Hakimiyyəti ilə "MALA.AZ" MMC arasında daha bir satınalma müqaviləsi 2022-ci ilin dekabr ayının 16-da bağlanıb.

Kürdəmir rayon İcra Hakimiyyətinin "Kürdəmir şəhəri Heydər Əliyev parkında abadlıq işlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu bu satınalmanın məbləği 398.991 manat təşkil edib. Bu satınalmada da qeyd etdiyimiz kimi "MALA.AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

Bu satınalma müqaviləsindən bir ay əvvəl - 2022-ci ilin noyabr ayının 22-də Kürdəmir rayon İcra Hakimiyyətinin tabeli qurumu olan Kürdəmir Şəhər İnzibati Ərazi Üzrə Nümayəndəliyi "Kürdəmir şəhəri, İslam Məmmədov küçəsi, 65 saylı binanın dam örtüyü və fasadının əsaslı təmiri işlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

İyirmi səkkiz min manat olan bu satınalmada da "MALA.AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

Kürdəmir rayon İcra Hakimiyyəti ilə "MALA.AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanan satınalma müqavilələri bununla bitmir.

Belə ki, Kürdəmir rayon İcra Hakimiyyətinin daha bir tabeli qurumu - Mənzil İstismar Sahəsi müvafiq olaraq 2022-ci ilin sentyabr ayının 26-da və 2022-ci ilin iyul ayının 18-də "Zibil konteynerlərinin satın alınması" lotu üzrə stınalma keçirib. Bu satınalmaların məbləği 56.300 manat təşkil edib.

2020-ci ildə təsis edilən "MALA.AZ" Məhdud Məsuliyyətli Cəmiyyəti yalnız Kürdəmir rayon İcra Hakimiyyətinin və İcra Hakimiyyətinin tabeli qurumlarının sifarişçi olduğu satınalmalarda iştirak edib.

"MALA.az" MMC-nin maddi-texniki bazası, fəaliyyət profili, mühəndis və əmək müqaviləsi ilə çalışan işçiləri, müvafiq lisenziyaları və faktiki ünvanı barədə açıq internet resurslarında məlumat verilmir.

"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığın olmasının vacibliyi vurğulanır.

Qeyd edək ki, Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovdur.

Elxan İbrahimov 2022-ci ilin fevral ayında Kürdəmir rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

O, əvvəllər "Holiday Inn Baku Airport " otelində, "Baker Tilly" audit şirkətində, "Embawood" şirkətlər qrupunda və digər holdinqlərdə çalışıb. 2020-ci ilin aprel ayından Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib.
Kürdəmirdə tenderdə milyondan artıq vəsaiti udan "MALA" kimindir?Kürdəmirdə tenderdə milyondan artıq vəsaiti udan "MALA" kimindir?Kürdəmirdə tenderdə milyondan artıq vəsaiti udan "MALA" kimindir?Kürdəmirdə tenderdə milyondan artıq vəsaiti udan "MALA" kimindir?


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2571   Tarix: 08 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr