Əvvəlki illərdə qızılcadan ölüm sayı nə qədər olub? - STATİSTİKA

Əvvəlki illərdə qızılcadan ölüm sayı nə qədər olub? - STATİSTİKASon günlər qızılca xəstəliyinə yoluxanların sayı durmadan artır və onlar arasında ölüm halları da əvvəlki illərlə müqayisədə çoxalır. Həkimlərin sözlərinə görə, əvvəlki dövrlərdə qızılcaya qarşı peyvənd olmadığından ölüm sayı milyonu keçirdi. Yəni elmə məlum olan bu epidemiyanın peyvəndi olduğu üçün əslində qızılcaya ciddi müdaxiləyə ehtiyac yoxdur.

Araşdırmalarımız göstərir ki, ötən dövr ərzində valideynlər uşaqlarını peyvəndlənməyə cəlb etməkdə maraqlı olsalar da, son zamanlar bu hal dəyişib. Peyvəndlənmənin aktiv aparıldığı illərdə qızılcaya yoluxma səviyyəsi olduqca aşağı olub və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2015-ci ildən etibarən Azərbaycanda rəsmi olaraq qızılca və məxmərək xəstəliklərinin eliminasiyası (ölkə ərazisində endemik halların qeydə alınmaması) elan edilib.

Lakin son bir ildə vəziyyət tamamilə dəyişib, uşaqların vaksinasiyaya cəlb olunmasının səviyyəsi aşağı düşüb. Bu da özlüyündə qızılcaya yoluxanların sayına təsirini göstərir.

Maraqlıdır, əvvəlki illərdə qızılcaya yoluxma və ölüm sayı nə qədər olub?

Dövlət Statistika Komitəsindən Bizim.media-nıın sorğusuna cavab olaraq bildirilib ki, ötən il bu virusa ölkə ərazisində cəmi bir nəfər yoluxub:

"2020-cu ildə iki nəfər, 2019-cu ildə 337 nəfər, 2018-ci ildə 52 nəfər, 2014-cü ildə bir nəfər, 2013-cü ildə 102 nəfər, 2008-ci ildə 5 nəfər, 2005-ci ildə 1238 nəfər, 2000-ci ildə isə 212 nəfər qızılcaya yoluxub. 2007, 2009-2012, 2015-2017 və 2021-ci illərdə qızılcaya yoluxma halı qeydə alınmayıb".

Səhiyyə Nazirliyindən isə bildirilib ki, həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb:

"Yoluxma əsasən uşaqlar arasında müşahidə edilir. Aprel ayından indiyədək ölkə ərazisində 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb".

Qızılcadan ölüm halına gəlincə, nə Dövlət Statistika Komitəsi, nə də Səhiyyə Nazirliyi bununla bağlı məlumat açıqlayıb. Hər iki qurumdan bu rəqəmlərin onlarda olmadığı bildirilib. Daha doğrusu məsələni bir-birilərinə ötürərək, əvvəlki illərdə qızılcadan ölənlərlə bağlı statistika təqdim etməyiblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 723   Tarix: 08 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr