"Veysəloğlu" ilə ADA Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı

"Veysəloğlu" ilə ADA Universiteti arasında əməkdaşlıq memorandumu imzalandıVeysəloğlu Şirkətlər Qrupu ilə ADA Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sənədi Veysəloğlu Şirkətlər Qrupunun Baş İcraçı direktoru Burak Deniz və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıb.

Memoranduma əsasən qurumlar tələbələrin biznes təcrübəsi ilə daha yaxından tanış olması və şirkət əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətləri üzrə təlim-inkişaf proqramlarının həyata keçirilməsi ilə bağlı birgə fəaliyyət göstərəcəklər.

Razılıq çərçivəsində, ADA Universitetinin tələbə və məzunları şirkətlər qrupu və ona aid olan biznes təsisatlarında təcrübə proqramında iştirak edəcəklər. Həmçinin, "Veysəloğlu"nun yüksək səlahiyyətli əməkdaşları tələbələrə biznes sahəsi üzrə seminarlar verəcək və şirkət rəhbərləri öz zəngin təcrübələrini paylaşmaq üçün ADA Universitetin tələbələri ilə görüşlər keçirəcəklər.

"Biz özəl sektorun tələblərini bilməliyik ki, əmək bazarı üçün lazım olan insan resurslarını ehtiyac olan istiqamətdə yetişdirə bilək", - deyə ifadə edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bu əməkdaşlığın tələbələrə faydalı təcrübə qazandıracağına ümidvar olduğunu bildirib.

"Biznes sektoru və universitetlər vəhdət halında çalışmalıdır", – deyə bildirən Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov ADA Universitetinin tələbələrini istehsalatla tanış olmaq və sahədə təcrübə toplamaq üçün şirkətə dəvət edirib.

Qeyd edək ki, Şirkətlər Qrupu ADA Universitetində pərakəndə, logistika, FMCG, biznes sahəsi üzrə elmi araşdırmaların və "ideya yarışı"nın maliyyələşdirilməsini, eləcə də lazımi istiqamətlər üzrə kitab çapını da nəzərdə tutub.

Veysəloğlu Şirkətlər Qrupu dayanıqlı inkişafa töhfə vermək məqsədi ilə davamlı olaraq təhsili dəstəkləyir. Belə ki, Şirkətlər Qrupu 2012-ci ildən etibarən "Tələbəmiz var" proqramı çərçivəsində əməkdaşlarının övladı olan 400-dən çox tələbəyə təqaüd ödəyib.
"Veysəloğlu" ilə ADA Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 793   Tarix: 08 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr