"İlham Əliyev Azərbaycan Ordusunu dünyanın ən güclü ordular sırasına qaldırdı" - Kamilə Əliyeva

"İlham Əliyev Azərbaycan Ordusunu dünyanın ən güclü ordular sırasına qaldırdı" - Kamilə Əliyeva"Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyev Azərbaycan Ordusunu dünyanın ən güclü ordular sırasına qaldırdı. Xalqımız öz ordusuna inanır və qürur duyur".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.

O qeyd edib ki, Azərbaycan Ordusunun əsgər və zabitləri əsl qəhrəmanlıq, şücaət göstərirdilər. İgid oğullarımız bir amal uğrunda doğma torpaqlarımızı işğaldan azad etmək üçün döyüşürdülər:

"Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin başçılığı ilə rəşadətli Azərbaycan Ordusu inanılmaz bir qəhrəmanlıq göstərərək 44 gün ərzində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Vətən müharibəsində qazandığımız tarixi qələbənin şərəfinə 2020-ci il dekabrın 10-da Azadlıq meydanında keçirilən Zəfər paradı bundan əvvəl keçirilmiş hərbi paradlardan daha möhtəşəm, daha qürurverici idi. Paradda qalib bir dövlətin əsgər və zabitləri addımlayırdı. Zəfər paradını Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev və qardaş Türk Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan
qəbul etmişdilər. İki qardaş dövlət başçısının Zəfər paradını birlikdə qəbul etməsi Türkiyə və Azərbaycanın sarsılmaz, əbədi dost olması barədə dünyaya bir mesaj idi. Torpaqlarımız işğal altında olan zaman keçirilən hərbi paradda ölkə başçımız vurğulamışdı ki, işğaldan azad ediləcək torpaqlarımızda ucaldılacaq bayraq yaxın vaxtlarda Azadlıq meydanında dalğalanacaq. Hərbiçilərimiz tərəfindən Şuşa şəhəri üzərində qaldırılan bayraq - Zəfər bayrağı - parada gətirilmişdir. Zəfər paradında 3000 Azərbaycan əsgər və zabitləri ilə çiyin - çiyinə türk əsgər və zabitləri də addımlamışdılar. Zəfər paradında ordumuzun istifadəsində olan ən müasir hərbi texnikalar, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir silahlar, hava hücumundan müdafiə sistemləri nümayiş etdirildi. Vətən müharibəsində bir nəfərin də fərari olmaması gənclərimizin nə qədər vətənpərvər olmasından xəbər verirdi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan əsgəri hər gün şəhər və kəndlərimizi işğaldan azad edirdi. Azərbaycan Ordusunun əsgər və zabitləri əsl qəhrəmanlıq, şücaət göstərirdilər. İgid oğullarımız bir amal uğrunda doğma torpaqlarımızı işğaldan azad etmək üçün döyüşürdülər. Azərbaycan əsgəri tarixdə görülməyən bir işin öhdəsindən gəldi. Cəmi 44 günə 30 il ərzində torpaqlarımızda güclü istehkamlar qurmuş erməni ordusunu məhv etdi.
Vətən müharibəsində iştirak etmiş, böyük şücaət göstərmiş hərbiçilərimizlə yanaşı bütün Azərbaycan xalqı arxa cəbhədə də böyük qəhrəmanlıq nümayiş etdirdi.
Şanlı qələbəmiz münasibətilə "Zəfər", " Qarabağ" ordenləri və "Vətən Müharibəsi Qəhramanı" da daxil olmaqla 15 yeni medal təsis edilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Sərəncamı ilə hərbiçilərimizin Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqlarının nümayiş etdirilməsi və şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyi yaradılmışdır. Məhz Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Hərbi Qənimətlər Parkı salınmışdır. Qənimətlər Parkında Silahlı Qüvvələrimiz tərəfindən ermənilərdən qənimət götürülmüş 2000 dən çox hərbi avtomobilin nömrə nişanı olan lövhə, Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri, eləcə də döyüş meydanlarından uzaqda yerləşən şəhər və kəndlərimizi raket zərbələrinə məruz qoymaları, dinc sakinlərimizi qətlə yetirmələri və yaralamaları barədə faktlar, həmçinin düşmən tərəfindən atılmış "İskəndər - M" raketin qalıqları vardır.
Müharibə zamanı Azərbaycan xalqı Prezident cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi, öz ordusuna dayaq, dəstək oldu. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar da siyasi həmrəylik göstərdilər. 52 siyasi partiyadan 50 i Prezident Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşdilər və birgə bəyanat imzaladılar. Qələbəmizi təmin edən amillərdən biri də cənab İlham Əliyevin Azərbaycanda ordu quruculuğuna böyük diqqət ayırması, ordumuzun ən müasir silahlarla təmin olunması və bu istiqamətdə büdcədən kifayət qədər vəsait ayrılması olmuşdur.
Ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edildi. Ermənistanın bu təcavüzkar siyasəti 1980-cı illərin sonlarından başlamışdır. O zaman yüz minlərlə azərbaycanlı öz ata yurdları olan Zəngəzur, Göyçə, İrəvan mahalından didərgin salınmışdır.
Bir sıra nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarına və dəstəklədiklərinə dair qərar və qətnamələr qəbul etmələrinə baxmayaraq Ermənistan bunların heç birinə əhəmiyyət verməyərək torpaqlarımızı işğal altında saxlayırdı. 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində qələbə qazanan Azərbaycan erməni işğalına son qoydu. 2020-ci il 10 noyabr Üçtərəfli Bəyannaməyə əsasən Ermənistan kapitulyasiya aktına imza atdı.
Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyev Azərbaycan Ordusunu dünyanın ən güclü ordular sırasına qaldırdı. Xalqımız öz ordusuna inanır və qürur duyur. Kimliyindən asılı olmayaraq vətənimizə, xalqımıza qarşı hərbi təcavüz, təxribat törətmək niyyətində olan istənilən qüvvəyə ordumuz layiqli, tutarlı cavab verə biləcək gücə malikdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 910   Tarix: 08 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr