Parlamentlərarası əməkdaşlıq komissiyasının 20-ci yubiley iclası keçirilib

Parlamentlərarası əməkdaşlıq komissiyasının 20-ci yubiley iclası keçirilibAzərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası əməkdaşlıq komissiyanın 20-ci yubiley iclası keçirilib.

Sonxeber.az xəbər verir ki, iclasa Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin həmsədrlik ediblər.

Tədbiri açan Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qonaqlara Milli Məclisin sədri Sahibə Qafarovanın salamlarını və xoş arzularını çatdırıb. O, Andrey Yatskini Parlamentlərarası komissiyanın həmsədri vəzifəsinə təyin olunması münasibətilə də təbrik edib, ona bu vəzifədə uğurlar diləyib. Əli Hüseynli komissiyanın 20-ci yubiley iclasının "Heydər Əliyev İli"ndə keçirildiyini qeyd edərək Ulu Öndərin yubiley tədbirlərinin Rusiyada yüksək səviyyədə keçirilməsinə görə, həmçinin Milli Məclisin Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakına görə rusiyalı həmkarlarına təşəkkürünü bildirib.

Əli Hüseynli Azərbaycan və Rusiya dövlət başçılarının səyləri nəticəsində ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsindən bəhs edərək, hər iki ölkənin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib. Milli Məclis sədrinin birinci müavini komissiyanın ötən iclasından sonrakı dövr ərzində regiondakı situasiya barədə qısa məlumat verib. O, cari ildə Azərbaycanın həyata keçirdiyi uğurlu lokal antiterror tədbirlərinin Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 10 noyabr tarixli Üçtərəfli Bəyanatın 4-cü maddəsinə tam uyğun olduğunu, nəticədə, ölkəmizin bütün ərazisində suverenliyin tam bərpa edildiyini bildirib.

Birinci vitse-spiker Ermənistan-Azərbaycan münaqişəsinin hələ 1988-89-cu illərdə azərbaycanlıların Ermənistandan tamamilə deportasiyası ilə başladığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, Ermənistandan olan yüz minlərlə azərbaycanlı indiyədək qaçqındır və onlar öz tarixi vətənlərinə dönməyə ümid edirlər. Əli Hüseynli Azərbaycan və Ermənistan arasında bağlanacaq sülh müqaviləsinin bu problemi də həll edəcəyinə ümidini ifadə edərək Azərbaycanın sülh sazişinə nail olmaq niyyətini bir daha vurğulayıb.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin
birinci müavini Andrey Yatskin çıxışında bildirib ki, Azərbaycan Rusiya üçün dost və strateji tərəfdaş ölkədir. Hazırda ölkələrimiz arasında əməkdaşlıq yüksək səviyyədədir. O, bu əməkdaşlığın davam etdirilməsində parlamentlərarası əlaqələrin əhəmiyyətindən danışıb, münasibətlərin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası əməkdaşlıq komissiyanın 20 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonra iclasda gündəlikdə olan məsələlərə dair məruzələr dinlənilib.

Azərbaycan tərəfindən Milli Məclisin Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, deputatlar Elnur Allahverdiyev, Mixail Zabelin, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Rusiya parlamentinin Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin, Federasiya Şurasının üzvləri Aleksandr Başkin, Qalina Karelova, Rusiya parlamentinin Dövlət Dumasının deputatı Kazbek Taysayev ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsi və inkişaf etdirilməsi, ticarət-iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi perspektivləri və tendensiyaları kimi məsələlər barədə məruzələrlə çıxış ediblər.

Müzakirələrdə Milli Məclisin deputatı Emin Hacıyev, Sevinc Hüseynova çıxış edərək Azərbaycan-Rusiya münasibətlərinə dair təkliflərini səsləndiriblər.

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası əməkdaşlıq komissiyasının 20-ci iclası başa çatıb.

İclasda Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası əməkdaşlıq komissiyası həmsədrinin müavini Ağalar Vəliyev, komissiyanın üzvləri Azər Badamov, Rasim Musabəyov, Arzu Nağıyev, İvan Abramov, Sergey Leonov, Dmitri Savelyev, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdakimov və digər rəsmi şəxslər iştirak ediblər.
Parlamentlərarası əməkdaşlıq komissiyasının 20-ci yubiley iclası keçirilibParlamentlərarası əməkdaşlıq komissiyasının 20-ci yubiley iclası keçirilibParlamentlərarası əməkdaşlıq komissiyasının 20-ci yubiley iclası keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 664   Tarix: 09 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr