Sahibə Qafarova AŞ-ni Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dəstək verməyə çağırıb

Sahibə Qafarova AŞ-ni Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dəstək verməyə çağırıbMilli Məclisin sədri Sahibə Qafarova dekabrın 8-də Bakıda Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçlə görüşdə Azərbaycan və Ermənistan arasında etimad quruculuğu proseslərini müzakirə edib.

Sonxeber.az xəbər verir ki, görüşdə Azərbaycanla Avropa Şurası (AŞ) arasında mövcud əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığı çərçivəsində görülmüş işləri, həyata keçirilmiş birgə proqramları qeyd edib, 2022-2025-ci illəri əhatə edən yeni Fəaliyyət Planının əlaqələrin dərinləşməsində mühüm vasitə kimi qiymətləndirib. Mariya Peyçinoviç Buriç Azərbaycanın Avropa Şurasının dəyərli üzvü olduğunu vurğulayıb. O, Azərbaycan parlament nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında fəal iştirakını qeyd edib. O, ölkəmizin bir sıra mühüm Konvensiyalara qoşulduğunu deyərək, bu məsələdə parlamentin mühüm rolu olduğunu bildirib.

Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova regionda gedən proseslər barədə ətraflı məlumat verib. Parlamentin spikeri işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması istiqamətində görülmüş işlər, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması üzrə təşəbbüsləri haqda danışıb. Həmçinin qonaq cari ilin sentyabr ayında Qarabağ bölgəsində aparılmış lokal antiterror tədbirlərinin səbəbləri, mahiyyəti və nəticələri barədə məlumatlandırılıb. Bu tədbirlərin beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirildiyi, mülki əhaliyə qarşı heç bir zorakılıq faktının qeydə alınmadığı, Azərbaycan öz suverenliyi bərpa etdiyi ifadə edilib.

Milli Məclisin sədri qeyd edib ki, bu gün artıq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur. Bu mənada, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması üçün mühüm addım kimi qiymətləndirilib. Hər iki ölkənin yaxın gələcəkdə əlavə etimad tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirməyə razılığını ifadə etməsi və tərəflərin beynəlxalq ictimaiyyəti bu səyləri dəstəkləməyə çağırması bəyanatın mühüm cəhəti kimi səciyyələndirilib.

Bu kontekstdə, Avropa Şurasının Azərbaycan və Ermənistan arasında etimad quruculuğu proseslərinə töhfə verə biləcək platforma rolunu oynamaq imkanlarına toxunulub. Milli Məclisin sədri mövcud reallıqları təhrif edən, iki ölkə arasında normallaşma prosesini zədələyən, sülh sazişinin tezliklə imzalanması perspektivlərinə xələl gətirən addımlara yol verilməməsini zəruri hesab edib.

Söhbət zamanı AŞ-nin Baş katib regionda davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmizin atdığı addımları təqdir etdiklərini bildirib. Maria Peyçinoviç Buriç, Azərbaycan ilə Ermənistan arasında etimad quruculuğu proseslərinə Avropa Şurasının töhfə verməyə hazır olduğunu vurğulayıb.

Qarşılıqlı maraq doğuran digər məsələlərin də müzakirə olunduğu görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Azərbaycanın AŞ yanında daimi nümayəndəsi səfir Fəxrəddin İsmayılov, AŞ-nin Bakı ofisinin rəhbəri səfir Petr Zix və digər rəsmi şəxslər iştirak edib.
Sahibə Qafarova AŞ-ni Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dəstək verməyə çağırıbSahibə Qafarova AŞ-ni Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dəstək verməyə çağırıbSahibə Qafarova AŞ-ni Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dəstək verməyə çağırıb


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 663   Tarix: 09 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr
.

Birinci sinif şagirdinə də repetitor lazımdır? Təhsildə narahatedici tendensiya - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bu gün birinci sinif şagirdlərinin belə repetitor yanına göndərilməsi valideynlər arasında müzakirə doğuran məsələlərdəndir. Uşaqların hələ məktəbə yeni başladığı, oxumaq və yazmaq vərdişlərinə yiyələndiyi bir dövrdə əlavə dərslərə cəlb olunması onların təhsil yükünü artırır. Bəzi valideynlər övladlarını

5 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr