Prezident İlham Əliyev keniyalı həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 9-da Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutoya təbrik məktubu ünvanlayıb.
Bu barədə President.az xəbər verir.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Keniya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Bu il Azərbaycanın Keniyada səfirliyinin fəaliyyətə başlaması ikitərəfli münasibətlərimizin yeni müstəviyə keçməsinin bariz nümunəsidir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Keniya əlaqələrinin dostluq məcrasında inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın uğurla davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 514 Tarix: 09 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident və birinci xanım Cəbrayıla səfər etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər. Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım 360 şagird yerlik məktəb binasında və kənddə inşa edilmiş fərdi evlərdə yaradılmı
9 mayİlham Əliyev Məhəmməd Əl-Casiri qəbul etdi - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Məhəmməd Əl-Casirlə görüşləri məmnunluqla xatırlanıb, onun ölkəmiz
6 mayMeloninin Azərbaycana səfərindən - Video
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" paylaşımı təqdim edir:
5 mayBütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir
May ayının 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısı keçirilib. Avropa İttifaqına daxil olan, eləcə də Kanadanın dövlət və hökumət başçılarının iştirak etdiyi bu toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videobağlantı formatınd
5 may