"Melissa Group"un binasında yıxılan bənna necə aldadılıb?
"Melissa Group"a məxsus "Feba MTK" G3 nömrəli binadan yıxılan zərərçəkən şəxsin şikayəti ilə bağlı məhkəmə iclası keçirilib.
Qaynarinfo-nun məlumatına görə, Sevindik Həsənov adlı şəxs "Melissa Group"a məxsus olan MTK tərəfindən yeni inşa edilmiş G3 nömrəli binanın tikintisində bənna işləri görərəkən taxta ayaqaltının üzərində büdrəyib və beton səthin üzərinə düşərək ağır xəsarət alıb.
"Melissa Group"un podrat müqavilə əsasında tikinti işlərinə rəhbərlik edən Elçin Ağamalıyev adlı şəxs Sevindik Həsənov barəsində özəl xəstəxanaların birində müsbət rəy alaraq, onu Ağdaş rayonunda yaşadığı evinə göndərib. 2-3 ay ona dövlət qurumlarına şikayət etməməsi üçün hər ay 100-200 manat pul göndərib və sosial problemlərini həll edəcəyinə də söz verib. Sağaldıqdan sonra onu şirkətə mühafizəçi kimi işə götürəcəyini də bildirib. Lakin bir neçə aydan sonra Sevindik Həsənovun kredit borclarının şişdiyi, sosial durumunun ağırlaşdığı üçün Elçin Ağamalıyeva maddi kömək üçün zəng edib. "Melissa Group"da iş icra edən şəxs onun telefon zənglərinə cavab verməyib.
Sevindik Həsənov onun vədinə əməl etməyəcəyini bilib və prokurorluğa müraciət edib. Prokrorluqda 1980-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş Elçin Ağamalıyev barəsində Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə "Melissa Group"un podrat müqavilə əsasında tikinti işlərinə rəhbərlik edən Elçin Ağamalıyev sözügedən maddə üzrə təqsirli bilinib, qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2750 Tarix: 13 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu
6 noyabrQazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta
6 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabrGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
6 noyabrBayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
5 noyabr"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabrBakıda bu avtobuslar YENİLƏNİR
Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il
5 noyabr