Mətbuat Şurası: "Fransa mediasında azərbaycanlı jurnalistlərə qarşı kampaniya yolverilməzdir"
Azərbaycan Mətbuat Şurası Fransa mediasında azərbaycanlı jurnalistlərə qarşı aparılan kampaniyanı pisləyən bəyanat yayıb.
Sonxeber.az xəbər verir ki, bəyanatda qeyd edilib ki, Fransa mediasında azərbaycanlı jurnalistlərə qarşı kampaniyanın aparılması yolverilməzdir.
"Fransa mediasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşlarına qarşı aparılan qarayaxma kampaniyası bütün etik qaydalara və dəyərlərə zidd miskin davranışdır. Bu cür qəbuledilməz yanaşma tərzi söz azadlığının məhdudlaşdırılmasına uğursuz bəraət qazandırmaq istəyindən, cılızlıqdan başqa bir şey deyil.
Məlum olduğu kimi, AZƏRTAC-ın əməkdaşı Aygün Hüseynova bu il dekabrın 3-də yerli əhalinin azadlıq hərəkatını işıqlandırmaq üçün fransız müstəmləkəsi Yeni Kaledoniyaya ezam edilmişdi. Lakin hava limanında onun əraziyə girişinə imkan verilməmiş, guya vizasının olmaması bəhanə gətirilmişdi. Jurnalist həbslə hədələnərək, üçüncü ölkəyə yola salınmışdı. Belə qanunsuzluq əməli Azərbaycan mediasında ciddi narazılıq doğurmuş və ölkəmizin media qurumları etiraz bəyanatları yaymışdılar.
Görünür, bütün bunlar, həmçinin Yeni Kaledoniyadakı yolverilməz davranışın dünya mediasında geniş əks-səda doğurması Fransanın hakim dairələrini "arqument" axtarışına sövq edib. AZƏRTAC-ın əməkdaşlarına qarşı "qara piar" kampaniyasının aparılmasını, onlara "casus" damğasının vurulmasını yalnız bu cür qiymətləndirmək mümkündür", - bəyanatda vurğulanıb.
Mətbuat Şurası bəyan edib ki, ölkəmizin media nümayəndələrinin fəaliyyətində heç bir qanunsuzluq əməli olmayıb. Onların Yeni Kaledoniya xalqının azadlıq mübarizəsini işıqlandırmaq istəklərində əsaslandırılmış bəşəri və ictimai motiv var:
"Yeni Kaledoniya polisinin bunu nəzərə almaması, jurnalistlərimizin fəaliyyətlərinə süni əngəl yaratması fundamental insan hüquq və azadlıqlarının tərkib hissəsi sayılan söz azadlığına aşkar sayğısızlıqdır. Nəzərə alaq ki, jurnalistimizə qarşı haqsızlıq Kaledoniya İttifaqı siyasi partiyasının prezidenti Daniel Qoa tərəfindən də pislənilib, media təmsilçilərimizə dəstək ifadə olunub.
Belə bir durumda Fransa mediasında azərbaycanlı jurnalistləri gözdən salmaq cəhdi bir daha təsdiq edir ki, ölkə hökuməti özünün despotik mahiyyətini ört-basdır etmək niyyətindədir. Məqsəd bəllidir: müstəmləkə boyundurğunda olan xalqlar, o cümlədən Yeni Kaledoniya xalqı ilə bağlı həqiqətlərin yayılmasının qarşısını almaq.
Azərbaycan Mətbuat Şurası AZƏRTAC-ın əməkdaşlarına qarşı Fransa mediasında aparılan qarayaxma kampaniyasını, təxribat xarakterli bilgilərin yayılmasını qətiyyətlə pisləyir. Şura bunu anti-demokratik addım, azad sözə münasibətdə dözümsüzlük sayır və bildirir ki, belə yanaşma həm etik dəyərlərə, həm də Fransa dövlətçiliyinin tarixi mütərəqqi mahiyyətinə ziddir.
Çox təəssüf ki, ölkənin hazırkı Prezidenti Emmanuel Makron və onun avtokratiyaya yuvarlanmış administrasiyası söz azadlığı müstəvisindəki primitiv siyasi oyunların ölkəyə vurduğu zərəri düşünməyəcək qədər iflic vəziyyətdədir. Şura dünyanın media ictimaiyyətini Fransa hakimiyyətinin yolverilməz əməllərinə münasibətdə həmkar təəssübkeşliyinə, etiraz səsini ucaltmağa çağırır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Şöhrət Məmmədov bu səbəbdən Azərbaycandan gedib
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Leysan, dolu, qar - Sabahın havası
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Gələcəkdə yay yarım il davam edə bilər
Azərbaycanda bu balığın hər tonuna görə 2000 manat PUL VERİLƏCƏK