Ramiz Mehdiyevin qudası vəfat etdi (FOTO)
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mexanika kafedrasının müdiri professor İsmayıl Sadıqov vəfat edib.
İqtisadiyyat.az xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib.
Məlumatı İqtisadiyyat.az-a AzMİU-nun mətbuat katibi Nicat Abdullayev təsdiqləyib.
Qeyd edək ki, İsmayıl Sadıqov 1941-ci il iyulun 15-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1957-1962-ci illərdə Azərbaycan Politexnik İnstitutunun mexanika mühəndisliyi ixtisasında təhsil alıb, institutu fərqlənmə diplomu ilə bitirib. Həmin ildən təhsil aldığı institutun Materiallar müqaviməti kafedrasında müəllimlik fəaliyyətinə başlayıb, müxtəlif illərdə baş laborant, assistent, baş müəllim, dosent, nəhayət kafedra müdiri vəzifələrində çalışıb. 1960-cı illərdə Rusiya Federasiyasının Kuybışev İnşaat Mühəndisləri İnstitutunun aspirantı olub. Alim 56 elmi məqalənin, dərslik və dərs vəsaitlərinin müəllifidir.
İsmayıl Sadıqov 1970-ci ildə Moskva İnşaat Mühəndisləri İnstitutunda namizədlik, 1984-cü ilin dekabrında isə "İnşaat mexanikası" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib, 1985-ci ildə texnika elmləri doktoru alimlik dərəcəsi alıb.
O, 1994-cü ildə Beynəlxalq Mühəndislik Akademiyasının (Moskva şəhərində) müxbir üzvü, 2006-cı ildən Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü olub.
Vəfatına qədər professor İsmayıl Sadıqov AzMİU-nun Mexanika kafedrasının müdiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2005-ci ildə 3-cü dərəcə, 2010-cu ildə isə 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsinə, 2006-cı ilin iyun ayında "Əməkdar dövlət qulluqçusu" fəxri adına layiq görülüb, 2011-ci ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" Ordeni ilə təltif olunub.
Xatırladaq ki, İ.Sadıqov PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin qudasıdır.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1444 Tarix: 13 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu
6 noyabrQazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta
6 noyabrKamran Əsədovun 3 il həbsi tələb edildi
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib
6 noyabrGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
6 noyabrBayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
5 noyabr"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabrBakıda bu avtobuslar YENİLƏNİR
Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il
5 noyabr