Məhkəmələrdə bu nöqsanlar aradan qaldırılıb – AÇIQLAMA

Məhkəmələrdə bu nöqsanlar aradan qaldırılıb – AÇIQLAMAMəlum olduğu kimi, "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısı aparılır. Məhkəmə iclasında sədrlik edən tərəfləri və işdə iştirak edən digər şəxsləri bu barədə xəbərdar edir. Məhkəmə iclasının video-audio yazısına dair məlumat məhkəmə iclasının protokolunda göstərilir və həmin yazı maddi daşıyıcıda protokola əlavə olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının video-audio yazısı ilə tanış olmaq hüququna malikdirlər.

Lakin əvvəllər məhkəmə-iclas protokollarının tərtibatı və bütün məhkəmələrdə fasiləsiz video-audio yazısının aparılmaması ilə bağlı narazılıqlara tez-tez rast gəlinirdi. Bəs hazırda vəZiyyət necədir? Bu sahədə problemlər aradan qaldırılıbmı?

Mövzu ilə bağlı e-huquq.az-a danışan vəkil İlkin Ukalayev məhkəmə iclaslarının fasiləsiz video-audio yazısının aparılmasının protokolda rast gəlinən çatışmazlıqların aradan qaldırılmasına yardımçı olduğunu deyib.
Məhkəmələrdə bu nöqsanlar aradan qaldırılıb – AÇIQLAMA"Bəzən olur ki, hansısa mühüm məsələlər protokolda qeyd olunmur. Məsələn, şahid ifadə verir, lakin ifadədə dediyi hansısa fikir protokolda yazılmır. Artıq iş gedib yuxarı instansiya məhkəməsinə çıxdıqda protokola istinad edə bilmirsən. Amma hazırda iclas zalında video-audio yazı aparıldığına görə belə çatışmazlıqlar ciddi problem yaratmır. Bilirsən ki, video-audio yazıda hər şey öz əksini tapıb. Məhkəmə iclasının video-audio yazısına dair məlumat məhkəmə iclasının protokolunda göstərilir və həmin yazı maddi daşıyıcıda protokola əlavə olunur. Məhkəmələr tərəfindən bu tələbə riayət olunur", - deyə o qeyd edib.
Məhkəmələrdə bu nöqsanlar aradan qaldırılıb – AÇIQLAMAVəkil Tural Hüsyenov protokolların tərtib olunmasında irəlİLəyiş olduğunu deyib: "Əvvəllər protokolda hanısa fikir və ya nüans əks olunmadıqda bu, ciddi problemə səbəb olurdu. Amma indi məhkəmə iclaslarının fasiləsiz video-audio yazısının aprılması bu problemləri aradan qaldırıb. Nəsə narazılıq, uyğunsuzluq olduqda video-audio yazı ilə tanış olaraq yadınlaşdırmaq mümkündür. Video-audio yazının aparılması tərtib olunan protokolun həqiqliyini mübahisələndirə bilir. Video-audio yazının protokola əlavə olunması işin sonrakı gedişatı, ədalət mühakiməsinin həyata keçirilməsi üçün çox əhəmiyyətlidir. Hazırda nadir hallarda olur ki, video-audio yazı aparılmasın. Bu da obyektiv səbəblərdən baş verir. Çünki müəyyən texniki problemlər olur ki, video-audio yazının aparılmasına mane olur".
Məhkəmələrdə bu nöqsanlar aradan qaldırılıb – AÇIQLAMAVəkil Nərmin Əliyeva da aparılan islahatlar nəticəsində məhkəmə-iclas protokolları ilə bağlı çatışmazlıqların aradan qalxdığını bildirib: "Bu sahədə xeyli irəliləyiş var. "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısı aparılır. Ona görə də artıq protokola qeydlər verməyə ehtiyac qalmır. Lakin belə bir problem var ki, video-audio protokolu hər hansı daşıyıcıda əldə etmək istədikdə bizə təqdim olunmur. Və onu da qeyd etməliyəm ki, bəzi məhkəmələrdə texniki problemlər hələ də qalmaqdadır. Elə hallar olur ki, video-audio yazı qoşulmuş olsa da, texniki səbəbdən iclas yazılmır".
Məhkəmələrdə bu nöqsanlar aradan qaldırılıb – AÇIQLAMAVəkil Anar Süleymanov məhkəmə-iclas protokolları ilə bağlı ciddi çatışmazlıqlarla rastlaşmadığını deyib: "Sadəcə bəzən olur ki, hansısa nüanslar protokolda qeyd olunmur. Biz məhkəmə-iclas protokolları ilə tanış olub, lazımİ qeydlər yaza bilərik. Lakin təəssüf ki, protokol hazır olduqda bizə vaxtında məlumat verilmir ki, tanış olub qeydlərimizi bildirək. Proseslərin video-audio yazısının aparılmasına isə riayət olunur. Az hallarda olur ki, hansısa texniki problemi əsas gətirərək video-audio yazı aparılmır. Amma bununla bağlı problemlə qarşılaşmamışam".
Məhkəmələrdə bu nöqsanlar aradan qaldırılıb – AÇIQLAMAVəkil Sabir Nəsibov da məhkəmə-iclas protokolları ilə bağlı narazılığının olmadığınI deyib: "Hesab edirəm ki, protokollar lazımi qaydada tərtib olunur, pozuntulara rast gəlməmişəm. Bugünkü vəziyyət şəxsən məni qane edir. Heç bir çatışmazlıq yoxdur, bütün xırdalığına qədər hər şeyi protokola yazırlar. Məhkəmə iclaslarının fasiləsiz video-audio yazısı da aparılır. Bununla bağlı problem yaşamamışam", - deyə o qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 864   Tarix: 14 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021