"Əsirlərin mübadiləsi etimad quruculuğu prosesində mühüm addım hesab edilib yekun sülhə yaxınlaşdıran amil kimi dəyərləndirilə bilər"-ŞƏRH
"Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının dekabrın 7-də birgə açıqlamasında da ifadə olunduğu kimi, artıq hər iki ölkə regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşərək münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir. Bildiyiniz kimi, iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılığa əsasən, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad etməyi öhdəsinə götürmüşdü. Bu gün həmin əsirlərin mübadiləsi etimad quruculuğu prosesində mühüm addım hesab edilərək bizi yekun sülhə yaxınlaşdıran ciddi amil kimi dəyərləndirilə bilər. Əsirlər arasında say nisbətinə gəlincə, unutmamalıyıq ki, bu, əsirlərin dəyişdirilməsi yox, humanizm dəyərlərinin rəhbər tutularaq etimad quruculuğuna yönəli və sülhü hədəfləyən xoşməramlı addımdır".
Bu sözləri Sonxeber.az-a deputat Bəhruz Məhərrəmov açıqlama verib.
O bildirib ki, digər tərəfdən, Azərbaycan xalqa və dövlətə qarşı konkret cinayətlərə görə ittiham olunan şəxsləri, o cümlədən separatçıların liderləri və digər terrorçuları təhvil vermir.
"Yəni bu gün əsirlərin mübadiləsi 7 dekabr birgə bəyanatının ardınca Qafqazda sülhə doğru aparan ikinci addımdır. Bildiyiniz kimi, razılığa müvafiq olaraq, bundan öncə Ermənistan COP29-a ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləmişdi. Azərbaycan isə xoş niyyətin təzahürü olaraq, Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyinə dəstək vermişdi. Əlbəttə, bu kimi nəticələr iki ölkə arasında qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək gedişlərdir və beynəlxalq ictimaiyyət də bu səyləri dəstəkləməlidir. Lakin unutmamalıyıq ki, mövcud situasiya proseslərin təbii axarının nəticəsi deyil, bu reallığa cənab İlham Əliyev hərbi-siyasi yolla nail olub və əgər Azərbaycanın istər Vətən müharibəsindəki qələbəsi, cənab İlham Əliyevin qətiyyəti ilə aprel ayında Laçın sərhəd-buraxılış məntəqəsinin təsis edilməsi, habelə antiterror tədbirləri ilə cəmi 23 saata separatimzə öldürücü zərbə vurulmasaydı, bu gün etimad quruculuğu prosesi və yekun sülhə doğru real addımlardan danışa bilməzdik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 983 Tarix: 14 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO
Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr
17 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021