Səfər Mehdiyev "Duty Free.az"dakı biznesini genişləndirir - Yeni şirkət yaradıldı
Dövlət Gömrük Komitəsinin sabiq sədri, general-polkovnik Səfər Mehdiyevə bağlığı ilə tanınan məşhur "Duty Free.az" şirkətinin qanuni təmsilçisi Aslanov Cavid Aqil oğlu bu MMC-nin tabeçiliyində yeni şirkət təsis edib.
Qaynarinfo-nun məlumatına görə, Cavid Aslanovun yeni təsis etdiyi şirkət "Duty Free.az İnternational" Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, ev 150D, mənzi 2078-də yerləşən şirkətin nizamnamə kapitalı 10 manatdır. Ehtimal edilir ki, yeni yaradılan şirkət Azərbaycanda və xaricdə onlayn alış-veriş xidmətləri də göstərəcək. Dolayı yolla şirkət karqo xidmətləri yerinə yetirəcək.
Qeyd edək ki, "Duty Free.az" şirkəti təyyarə bortunda və hava limanlarında rüsumsuz ticarət sistemidir. Xidmətin əsas aparıcı şəxslərindən biri polkovnik Teymurov Arazxan Əbülfət oğlu olduğu deyilir. O, sabiq sədrlərin dövründə yaxın qohum-əqrabasını gömrük orqanlarında müxtəlif vəzifələrdə yerləşdirməklə bu biznesi özəlləşdirə bilib. Son bir il ərzində şirkətdə yoxlamalar aparılsa da, nəticələri barədə məlumat verilməyib.
Onu da bildirək ki, Azərbaycanda ən məşhur karqo şirkətlərinə Səfər Mehdiyev rəhbərlik edib. Səfər Mehdiyev tərəfindən yaradılmış şirkətlərdən biri "Vadi-4" MMC-dir. Bu şirkət gömrükdə xüsusi imtiyazlara sahib olub.
"Vadi-4" karqo daşımaçılıq şirkətidir. Bu karqo şirkəti məhsulları daha sürətlə gömrükdən keçirə bilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi