"Catepillar"a məxsus yeni mədən texnikaları təqdim edildi - Foto

"Catepillar"a məxsus yeni mədən texnikaları təqdim edildi - Foto"Azerbaijan International Mining Company Limited" (AIMC) dekabrın 11-də Gədəbəydə keçirilən təqdimat zamanı yeni "Caterpillar" yeraltı mədən avadanlıqlarını təqdim edib.
Mərasimdə AIMC-nin əsas etibarilə təhlükəsizliklə qurulmuş, müasir standartlara riayət etmək və mədənçıxarma sektorunda inkişafı təşviq etmək, nəticədə istehsal potensialını artırmaq üçün nəzərdə tutulmuş ən müasir, yeni nəsil maşınları nümayiş etdirilib.
AIMC-nin vitse-prezidenti Stiven Vesthed çıxışında vurğulayıb ki, Geologiya və mədənçıxarma sahəsində aparılan sistemli islahatlar və hərtərəfli səylər nəticəsində ölkənin dağ-mədən sənayesi müasir inkişaf mərhələsinə qədəm qoyub. Yeraltı avadanlıqlar şirkətin hazırda tikilməkdə və işlənməkdə olan yeni Gilar mədənində istifadə olunacaq. Yeraltı avadanlığın istifadəsi üçün avadanlıq operatorları və avadanlıqlara texniki qulluq və yardımçı heyət daxil olmaqla, təxminən 50 yeni yerli işçinin işə götürülməsi tələb olunacaq. Hazırda şirkətinin Gədəbəydəki zavodunda 1639 işçisindən 1100 nəfəri Gədəbəy rayon sakinləridir ki, bu da AIMC-nin regionun insan kapitalının gücləndirilməsinə sadiqliyini vurğulayır. Bundan əlavə, şirkət həm də yerli sakinləri şirkətin podratçıları olaraq işlə təmin edir.
Media nümayəndələri R1700 yeraltı yükləyici və iki 980UMA yeraltı yükləyicidən ibarət yeraltı mədən texnikası haqqında ətraflı məlumat əldə ediblər. Mədənçıxarma sənayesində yüksək keyfiyyəti və etibarlılığı ilə tanınan məşhur "Cat" brendi tərəfindən istehsal edilən maşınlar sələfləri ilə müqayisədə daha güclüdür və optimal performansı, təkmilləşdirilmiş yanacaq səmərəliliyini təmin edən yeni "powershift" transmissiyası kimi bir çox yeni xüsusiyyətlərə malikdir. Həmçinin operator yeri təkmilləşdirilmiş və daha rahatdır. Daha yaxşı giriş nöqtələri, çoxsaylı yanğınsöndürmə sistemləri və təkmilləşdirilmiş görmə və işıqlandırma daxil olmaqla bir çox yeni təhlükəsizlik xüsusiyyətləri əlavə edilib.
Stiven Vesthed növbəti ildə şirkətin yeni müasir avadanlıqlarla təmin olunmasının nəzərdə tutulduğunu qeyd edib.
Lenti kəsdikdən sonra media nümayəndələrinə müsahibə verən AIMC-nin prezidenti Reza Vəziri mədənçıxarma sektorunda mühüm mərhələlərə nail olmaq üçün yeni texnologiyaların tətbiqinin vacib olduğunu vurğulayıb. O, mərasimdə təqdim olunan avadanlığın təməlqoyucu olduğunu və "Caterpillar" yeraltı avadanlıqlarının Azərbaycanda ilk dəfə tətbiq olunacağını bildirib.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
Qeyd edək ki, AIMC Azərbaycan Respublikası Hökuməti ilə "R.V. Investment Group Services LLC" (ABŞ) arasında imzalanmış Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində Azərbaycanda müxtəlif qızıl və mis yataqlarının kəşfiyyatı, idarə edilməsi və saziş çərçivəsindəki əməliyyatların həyata keçirilməsi ilə fəal şəkildə məşğul olur. Şirkətin portfelinə Hasilatın Pay Bölgüsü Sazişinə əsasən 51 faizlik paya sahib olan Azərbaycan Respublikası Hökuməti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrlə, digər lisenziya sahələri ilə yanaşı, Qoşa və Gədəbəy mədənləri də daxildir.
Xatırladaq ki, Azərbaycanda qızıl hasilatı sənayesinin yaradılmasına Prezidentin 5 fevral 1996-cı il tarixli "Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə" fərmanı ilə başlayıb. Daha sonra, 20 avqust 2022-ci ildə ABŞ-ın "RV Investment Group Services LLS" şirkəti ilə Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb. Sazişə və onun 20 iyun 2022-ci il tarixli dəyişikliyinə əsasən, AIMC-yə Zəngəzur iqtisadi zonasında yerləşən Qızılbulaq, Dəmirli və Vejnəlidə qızıl, mis və polimetal yataqlarının işğaldan azad edildikdən sonra kəşfiyyatı və işlənməsi səlahiyyəti verilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 766   Tarix: 14 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021