Azərbaycanda TikTok-da bir il: 2023-cü ilin ən yaxşı anlarına nəzər salın

Azərbaycanda TikTok-da bir il: 2023-cü ilin ən yaxşı anlarına nəzər salınQısa videolara baxmaq və yaratmaq üçün aparıcı platforma olan TikTok 2023-cü ilin nəticələrinə yekun vurub və Azərbaycanın ən diqqət çəkən videolarının, tanınmış yaradıcılarının və əsas hitlərinin siyahısını hazırlayıb.
Dünyada 1 milyarddan çox insan hər gün başqalarını ilhamlandırmaq və ruhlandırmaq, biliklərini bölüşmək, unikal məzmun yaratmaq və sadəcə olaraq özlərinin və bir-birlərinin əhval-ruhiyyəsini yüksəltmək üçün TikTok-a daxil olur.
2023-cü ildə Azərbaycandakı icmamız yaradıcılığı və həyatdan parlaq anları aktiv şəkildə bölüşməyə davam etdi. Ölkədə istifadəçilərin maarifləndirici məzmuna marağı artdı və faydalı videolar yaradıldı: istifadəçilər kitab tövsiyələri ilə bağlı fikir mübadiləsi apardılar, xarici dilləri öyrəndilər, sadə və ləziz yeməklər hazırladılar, idman rekordları vurdular və səfərlərindən canlı təəssüratlarla bölüşdülər. Artıq özlərini sübut etmiş ulduzlar yaradıcılıq yollarını davam etdirir, yeniləri isə daha da parlayırdılar. TikTok istifadəçilərinin bu il nə etdiyini birlikdə xatırlayaq!
Azərbaycanda məşhur videolar
• @dadlidir.az - kartof çubuqlarının inanılmaz dadlı resepti
• @anarabdayev - Azərbaycandan olan istedadlı gənc rəssamdan Cristiano Ronaldonun portreti
• @husu_handmade - öz əllərinizlə dəbli çantanın hazırlanması
• @nugzarkvirtiya - yıxılarkən xərbə endirməklə bağlı futbol dərsi (velosiped zərbəsi)
• @arzu.ja - qarderob dizaynı və zövqlü həsir çantaların seçimi
İlin parlayanları - 2023-cü ildə xüsusilə parlamağı bacaran yaradıcılar
• Xarizmatik müğənni @nazdej artıq 12 milyondan çox izləyici qazanıb
• @abbasov__eziz nasazlıqların aradan qaldırılması və avtomobilə qulluq haqqında "life-hack"lər paylaşır
• @badalovkananın reseptləri ölçüləri və möhtəşəm təqdimatı ilə Azərbaycandan və ondan kənarda olan istifadəçiləri heyran edir
• Fotoqraf @cavka.aeff kreativ yanaşması və fotoqrafiyanın pərdəarxası haqqında videoları ilə istifadəçilərin sevgisini qazanıb
• @ayayuska ailə dəyərləri və gündəlik həyat haqqında səmimi və gülməli videolar hazırlayır
Yerli biznes: TikTok vasitəsilə aktiv inkişaf edən azərbaycanlı sahibkarlar
• @stylist_mehseti_official - peşəkar stilist müştəriləri üçün hər zövqə uyğun estetik obrazlar və saç düzümləri yaradır
• @toxucu_xanim_ - əl işi rahat trikotaj beşiklərin və körpələr üçün paltarların müəllifidir
• @merci_baku2011 - Bakı restoranı TikTok-da menyu elementlərini kreativ şəkildə ortaya qoyur və müəssisənin ab-havasını nümayiş etdirir, yeni qonaqları cəlb edir.
• @artvarium.az - akvarium mağazası evinizdə hansı gözəl sualtı sakinlərin yaşaya biləcəyini göstərir
• @anar.9400 - velosiped hissələri mağazası TikTok-da qulluq və təmir üçün tövsiyələr paylaşır
TikTok-daöyrən - Azərbaycanın ən maraqlı maarifləndirici videoları
• @ana_dilimde_danis_- Azərbaycan dili müəllimi tələffüzü yaxşılaşdırmağa kömək edəcək məşqlərdən danışır
• @azadla.ispanca - İspan mahnıları ilə İspan dili dərsi
• @dilarakazim - Azərbaycanın məşhur müğənnisi və Eurovision 2014 Mahnı Müsabiqəsindəki təmsilçisi Dilarə Kazımovanın kitab tövsiyəsi
• @blackboxpro - ədəbi seçim: oxumaq üçün tövsiyə olunan 5 elmi populyar kitab
• @azerbaycanvedunyatebiet - odda dadlı qabırğa necə bişirilir
Əsas hitlər - Bu il Azərbaycanda istifadəçilərin ən çox dinlədiyi musiqi parçaları aşağıdakılardır:
1. Ravi İncigöz - Maşallah
2. Röya - Bahar
3. Semicenk & Doğu Swag - Pişman Değilim
4. Miro - Həyatımın Parçası
5. Saybu Swag & OGB & Kazım Can - Oğru
6. Sibel Can - Ölürüm
7. Vüqar Biləcəri - Qoyublar Sənin Üçün - Remix
8. Ayxan Dəniz - Nu Paqadi
9. Afshin Azari - Ona Deyin
10. Misha Xramovi - Gaichite
Təkrarən izlənən yeməklər - ölkədə istifadəçilər tərəfindən sevilən kulinariya reseptləri
• @badalovkanan - hər bir balıqçının arzusunu olan balığın müəllifin reseptinə uyğun olaraq odda bişirilməsi
• @nigul_asgar - restorandakı kimi pomidor-yumurta resepti
• @khayalcan_chef- dadlı və asan hazırlanan türk üsulu balıq ekmek
• @narmincooks - şirin çili souslu toyuq rulonu - bütün ailə ilə bişiririk (və yeyirik).
• @ulviyyaasadli - ləziz qəlyanaltı: çörəyin üzərinə çəkilən sarımsaq və göyərti
TikTok Azərbaycandakı istifadəçi icmasını necə ruhlandırdı
TikTok biliyi paylaşmaq imkanı yaratdı
TikTok-da təhsil məzmunu Azərbaycanda istifadəçilər arasında fəal şəkildə populyarlıq qazanır.
Booktok fenomeni bütün dünyada sensasiyaya çevrildi: əvvəlcə bir neçə kitab həvəskarı öz kitab tövsiyələrini TikTok-da paylaşsalar da, indi bu, dünyada kitabsevərlərin ən böyük onlayn icmasıdır və BookTok həştəqi altında olan məzmunlar 200 milyard baxış əldə edib! Xüsusilə Azərbaycandakı istifadəçilər üçün biz #kitabfest - mütaliə və ədəbiyyata həsr olunmuş və ölkə daxilində istifadəçiləri daha çox oxumağa, kitab tövsiyələri ilə bağlı fikir mübadiləsi aparmağa, yeni ədəbiyyat kəşf etməyə və nəhəng kitabsevərlər cəmiyyətinin bir hissəsi olmağa ruhlandırmaq üçün nəzərdə tutulmuş layihə yaratmaqla TikTok-da Boktok-u lokallaşdırdıq. Layihə çərçivəsində ədəbiyyat haqqında videolar artıq 17 milyondan çox baxış toplayıb.
Bundan əlavə, bu yay TikTok Azərbaycandakı istifadəçiləri Ümumdünya Kitab Gününü qeyd etməyə və #booktokazerbaijan həştəqindən istifadə edərək onların mütaliə sevgisi haqqında videolar paylaşmağa dəvət edib. Təşəbbüs çərçivəsində videolar 13 milyondan çox baxış toplayıb. Beləliklə, ümumilikdə Azərbaycanda ədəbiyyatla bağlı videoçarxlar artıq 30 milyon dəfədən izlənilib.
Yerli sahibkarlara dəstək oldu
TikTok təkcə istedadlı yaradıcılar üçün deyil, həm də kiçik bizneslər üçün platformadır. Yerli sahibkarlar TikTok-da sadəcə cəlbedici məzmun yaratmaqla özlərini tanıtmaq və heç bir sərmayə qoymadan potensial müştərilər əldə etmək imkanı əldə edirlər. Bu il TikTok Azərbaycanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə birlikdə Startap Akademiyası təşəbbüsünü irəli sürüb. Akademiya çərçivəsində TikTok mütəxəssisləri innovativ startapların nümayəndələrinə platformada minlərlə insana onların məhsul və xidmətləri haqqında məlumat əldə etməyə kömək edəcək maraqlı və kreativ məzmun yaratmağı izah ediblər. Proqramda Azərbaycan və Özbəkistandan 32 startap iştirak edib.
İstifadəçilərin təhlükəsizliyinin və rifahının qayğısına qaldı
TikTok platforma icmasının təhlükəsizliyinə üstünlük verir, həmçinin Azərbaycanda istifadəçilərin yaradıcılığı üçün rahat mühit yaratmağa və saxlamağa çalışır. Bunun üçün platforma İcma qaydalarımızı pozan məzmunu müəyyən etmək və ona qarşı tədbir görmək üçün innovativ texnologiyalar və ekspertlərin birləşməsindən istifadə edir. Hazırda dünyada 40 000-dən çox ixtisaslaşmış işçi TikTok-un təhlükəsizliyinə cavabdehdir.
TikTok ictimaiyyətinə şəffaflıq və hesabatlılığı təmin etmək üçün silinmiş videolar və hesablar haqqında müntəzəm olaraq məlumat yerləşdirir. Belə ki, təkcə 2023-cü ilin birinci yarısında Azərbaycanda TikTok İcma qaydalarını pozan 760 min video silinib.
TikTok platforma istifadəçilərinin təhlükəsizliyini təmin etmək və Azərbaycanda istifadəçiləri daha da yaradıcı və maarifləndirici məzmun yaratmağa ruhlandırmaq üçün işləməyə davam edəcək.
Bütün dünyada TikTok-da ilin nəticələri ilə TikTok xəbər portalında tanış olmaq mümkündür.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1004   Tarix: 14 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021