Bakıda şirkət menecerinin fırıldağı üzə çıxdı - Həbs edildi
Bakıda işlədiyi xarici şirkətə məxsus külli miqdarda pulu gizli yolla ələ keçirməkdə ittiham edilən şəxs məsuliyyətə cəlb edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl Türkiyənin "FCB Artgroup" şirkəti hüquq-mühafizə orqanlarına müraciət edib. Müraciətdə bildirilib ki, şirkətin Azərbaycandakı nümayəndəliyində reklam üzrə mütəxəssis (əmək müqaviləsi üzrə SMM meneceri) vəzifəsində işləmiş 1990-cı il təvəllüdlü Elçin Tağıyev gizli yolla şirkətə məxsus 160 min dollardan çox pulu mənimsəyib.
Müraciət əsasında aparılan araşdırmalar zamanı fakt təsdiqini tapıb. Məlum olub ki, Elçin şirkətin sosial şəbəkə səhifələrində reklamların yerləşdirilməsi üçün səlahiyyətə malik olub. O, şirkətə məxsus bank kartlarını sosial şəbəkələrə daxil edib. Lakin təyin edilmiş məbləğlərdə reklam paylaşımları etməyərək 500 min dollarlıq reklam büdcəsinin 160 min dollarını özünə yönləndirib. O, işlədiyi şirkətə məxsus bank kartları ilə digər reklam verən şəxs və qurumların reklamını həyata keçirib və 170 min dollara yaxın pul əldə edərək özününküləşdirib.
Bundan sonra SMM meneceri barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci və 177.3.2-ci maddələri (mənimsəmə və oğurluq- külli miqdarda ziyan vurmaqla) maddələri ilə cinayət işi açılıb.
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb. İstintaq müddətində polisin nəzarəti altında olan və başqa şirkətdə dijital menecer vəzifəsini tutan Elçin Tağıyevə dekabrın 8-də hökm oxunub. Hökmə əsasən, ona 2 il müddətə reklam işi sahəsində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il həbs cəzası verilib. Elçin Tağıyev məhkəmə zalındaca həbs edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 843 Tarix: 15 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Karantin rejimi yanvara qədər uzadıldı
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il 2 yanvar saat 06:00-dək uzadılıb. xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qeyd edə
17 sentyabrBakıda 29 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq
Sabah - sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü
17 sentyabrOtuz ildən Zəfərə, Zəfərdən Suverenliyə
Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab
17 sentyabrŞəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Yevlax sakini, 91 yaşlı Qərənfil Məmmədovanın faciəli ölümünün səbəbi məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, qadın yaşadığı mənzilin pəncərəsindən paltar yığan zaman ayağının altından stul qaçıb və o, aşağı yıxılıb. Yevlax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, sentyabrın 16-d
17 sentyabrMetro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı
"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzr
17 sentyabrQarabağın yeni reallıqları beynəlxalq diplomatik korpusun gözü ilə
Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda postmünaqişə reallıqlarının beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə olunması baxımından diqqət çəkən hadisəyə çevrildi. İki gün davam edən səfərdə 58 ölkən
17 sentyabr