"Qarabağ" "Neftçi"yə qalib gəldi - FOTO/VİDEO
Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, son oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.
Əzəli rəqiblər "Qarabağ"la "Neftçi" mərkəzi arenada üz-üzə gəliblər. Birinci hissədə qapılara qol vurulmayıb. Hesabı 71-ci dəqiqədə ağdamlılar açıblar. Yassin Benzia yaxın məsafədən topu qapıdan keçirib. Qarşılaşmada son nöqtəni 90+2-ci dəqiqədə Hamidu Keyta qoyub. Nəticədə 2:0 hesablı qələbə qazanan və xallarının sayını 38-ə çatdıran Qurban Qurbanovun kollektivi liderliyini möhkəmlədib. Adrian Mutunun çalışdırdığı bakılılar isə 25 xalla beşinci pillədə qalıblar.
Beləliklə, "Neftçi"nin "Qarabağ" önündə Premyer Liqada qələbə həsrəti 10 oyuna çatıb. "Ağ-qaralar" axırıncı dəfə 2 il 7 ay əvvəl - 2021-ci ilin mayında əzəli rəqibinə qalib gəlib.
"Qarabağ"– "Neftçi" - 2:0
Qollar: Yassin Benzia, 71 (1:0), Hamidu Keyta, 90+2 (2:0)
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Vüsal Məmmədov, Kamal Umudlu
Qeyd edək ki, turun Premyer Liqada XVIII turun oyunları dekabrın 22-24-də keçiriləcək.







Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 901 Tarix: 18 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pelenin əməliyyatdan sonra ilk görüntüsü yayıldı - FOTO
Futbol üzrə üçqat dünya çempionu Pele bir-iki gün ərzində xəstəxanadan evə buraxılacaq. Bu barədə braziliyalı futbol əfsanəsinin qızı Keli Nasimenta özünün "Instagram" səhifəsində bildirib. Onun sözlərinə görə, əməliyyatdan sonra Pele yaxşı vəziyyətdədir, ağrısı yoxdur və əhvali-ruhiyyəsi yaxşıdır
14 sentyabr 2021"Neftçi" - "Qarabağ" matçının hakimləri məlum oldu
Azərbaycan Premyer Liqasında II turun digər iki matçı üçün bütün təyinatlar açıqlanıb. xəbər verir ki, ikinci oyun günündə keçiriləcək "Səbail" - "Sumqayıt" görüşü Vüqar Həsənliyə, "Neftçi" - "Qarabağ" qarşılaşması isə Rəşad Əhmədova tapşırılıb. 12 sentyabr. 18:00
11 sentyabr 2021Sərbəst güləşçilərimiz 7 medal qazandı - FOTO
Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir. xəbər verir ki, bu gün sərbəst güləşçilərin yarışı keçirilib. Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayı
4 sentyabr 2021Azərbaycan idmançısı ermənini nokauta saldı
I MDB Oyunlarında tayboks idman növündə mübarizəyə start verilib. xəbər verir ki, 63.5 kq çəki dərəcəsində yer alan Azərbaycan təmsilçisi Mahir Əsədzadə ilk görüşdə Ermənistandan olan Alen İsraelyanla qarşılaşıb. İlk dəqiqələrdən rəqibinə güclü zərbələr endirən Əsədzadəyə qələbə üçün cəmi 2 dəqiqə 3
5 sentyabr 2021Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17 sentyabr 2021Tokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatdı - FOTO
Tokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatdı. Azərbaycan Milli Paralimpiya Komandası möhtəşəm nəticə göstərərək, yarışı 163 ölkə arasından 10-cu pillədə tamamlayıb. İdmançılarımız 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümümilikdə 19 medal qazanıblar. Bu Azərbaycan Paralimpiya tarixində rekord nəticədir
5 sentyabr 2021Ronaldodan xəsarət yetirdiyi xanıma hədiyyə - FOTO
"Mançester Yunayted"in ulduzu Kriştianu Ronaldo Çempionlar Liqasının qrup mərhələsində "Yanq Boyz"la matçdan əvvəl xəsarət yetirdiyi stüart qadına futbolkasını hədiyyə edib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qarşılaşmadan sonra o, həmin xanıma yaxınlaşaraq hədiyyəsin
15 sentyabr 2021Tokioda Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilir
Tokioda Paralimpiya Oynlarının bağlanış mərasimi keçirilir. Avqustun 24-dən sentyabrın 5-dək təşkil olunan yarışlarda 22 idman növündə 539 medal dəsti oynanılıb. Xatırladaq ki, pandemiya səbəbindən ötən il keçirilməli olan, lakin bir il təxirə salınan turnir Azərbaycan idmançıları üçün uğurlu olub. Təmsilçilərimi
5 sentyabr 2021