Azərbaycanda prezidentliyə namizədliyi irəli sürülən şəxslərin sayı doqquza çatdı
Yazıçı-publisist, "Olaylar" qəzeti və eyniadlı agentliyin baş redaktoru Yunus Oğuz növbədənkənar prezident seçkisində öz təşəbbüsü ilə namizəd olacağını açıqlayıb.
Sonxeber.az "Trend"ə istinadən xəbər verir ki, bu barədə o özü məlumat verib.
Y.Oğuz yaxın günlərdə sənədlərini rəsmi olaraq Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyini bildirib:
"Tarixi qələbəmizdən sonra ilk dəfə olaraq müstəqil, suveren Azərbaycanda keçirilən prezident seçkisində iştirak etmək şərəfli bir missiyadır. Radikal müxalifətin seçkini boykot etmək qərarını pisləyirəm. Çünki bu prezident seçkisi təkcə ölkədaxili məsələ yox, həm də beynəlxalq hadisədir. Hesab edirəm ki, prezident seçkisində iştirak etmək üçün şəffaf və demokratik mühit mövcuddur. Həmçinin, Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar fövqündə görüləcək kifayət qədər iş var. İşğal edilmiş ərazilərdə quruculuq və bərpa işləri, "Böyük Qayıdış" Dövlət Proqramının icrası, ölkənin iqtisadi dayanıqlılığının təminatı, əhalinin sosial rifahının daha da yüksəldilməsi kimi mühüm vəzifələr qarşısındayıq. Prezident seçkisinə namizədliyimi irəli sürməkdə məqsədim həlli vacib olan məsələlərin reallaşmasına öz töhfəmi verməkdən ibarətdir. Dövlətimizin orta və uzaq hədəflərində onun yanında olmaq şərəf və vətəndaşlıq borcudur. Millətimiz və dövlətimiz üçün xeyirli, uğurlu olsun!"
Xatırladaq ki, Y.Oğuz 2003-cü ildə keçirilən prezident seçkisində də namizəd olub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xeyrinə namizədliyini geri götürüb.
Qeyd edək ki, Yunus Oğuz prezidentliyə namizədliyi irəli sürülən doqquzuncu şəxsdir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb