Azərbaycana ət idxalı xeyli artdı: Ucuzlaşacaq?

Azərbaycana ət idxalı xeyli artdı: Ucuzlaşacaq?Ölkəmizdə əhalinin istehlak etdiyi qida məhsulları sırasında ən üstün yerlərdən birini ət məhsulları tutur. Millət olaraq əti sevir, süfrələrimizi daim ət yeməkləri ilə bəzəyirik. Lakin ət qiymətlərindəki artım istehlakçıları məyus edir. İki ildir ki, ətin ucuzlaşmasını deyil, bahalaşmasını müşahidə edirik. Bir neçə il öncə kiloqramına 11 manat verdiyimiz əti bu gün 15-18 manata alırıq.

Ötən həftə Dövlət Gömrük Komitəsinin ölkəyə ət idxalı ilə bağlı açıqladığı rəqəmlər ətsevərləri yenidən həyəcanlandırıb. Komitənin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında ölkəyə 35 milyon dollarlıq ət gətirilib. Yəni Azərbaycan 34 min 860 ton ət idxal edib. Bu, həcm baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 054 ton, dəyər baxımından isə yeddi milyon 385 min ABŞ dolları çoxdur.
Bundan öncə mütəxəssislər bahalaşmanın səbəblərindən biri kimi ətə olan tələbatı göstərirdilər. Yəni tələb çox, istehsal az idi. Bəs ölkəyə ət idxalının artması qiymətləri stabilləşdirə, ətin bahalaşmasının qarşısını ala bilərmi?

Ət məhsullarını idxal ediriksə...

İqtisadçı Fuad İbrahimov bildirib ki, ətin bahalaşmasına təsir edən ilk amil yem bazarındakı qiymət artımıdır: "Hazırda Azərbaycan kənd təsərrüfatı sektorunda çoxşaxəli siyasət həyata keçirir. Bu gün biz ət məhsullarını istehlak bazarına idxal ediriksə, deməli, hazırda üzümçülüyə, pambıqçılığa, taxılçılığa daha çox önəm veririk. Bunlar strateji məhsullar sırasına aiddir və ixrac potensialımızı yüksəldir. Ət məhsullarının xaricdən gətirilməsini neqativ hal kimi qəbul edənlər də var. Amma nəzərə almaq lazımdır ki, dünyada yem bazarında kifayət qədər bahalaşma var. Hazırda ölkədə yem bazarının artırılması, onun qiymətlərinin ucuz olmasını təmin etmək mümkün deyil. Buna görə də idxalı artırırıq".

"Əti idxal etmək daha sərfəlidir"

Mütəxəssisin sözlərinə görə, hazırda sahibkarlara əti idxal etmək daha sərfəlidir, nəinki istehsal etmək: "Nəzərə almaq lazımdır ki, heyvandarlıqla bağlı müəyyən məhsullar var ki, biz onları xaricdən idxal edirik. Buraya xüsusilə, dərman preparatları, peyvəndlər daxildir. Bir heyvanın ərsəyə gəlməsi, yem bazaları ilə təmin edilməsi, otlaq sahələrinin artırılması asan proses deyil. Bundan əlavə, həm əhalinin ət məhsullarını sevməsi, həm də turizm sektorunun inkişafı, ölkəyə gələn qonaqların sayının artması ətə olan tələbatı artırır. Hazırkı vəziyyətdə sahibkarlar əti Gürcüstan, Rusiyadan idxal edirlər. Çünki sahibkara əti xaricdən idxal etmək, istehsal etməkdən ucuz başa gəlir. İdxalın artırılması bazarda ət qiymətlərinin ucuzlaşmasında ciddi rol oynayacaq".

Bu sahədə müsbət rəqəmləri görəcəyik

Mütəxəssis vurğulayır ki, sovet dövründə və ondan öncəki illərdə Kəlbəcər, Laçın ən zəngin örüş zonaları, yaylaqları ilə seçilib. Bu torpaqlar tam şəkildə iqtisadi dövriyyəyə cəlb edildikdən sonra yem bazası təkmilləşəcək və örüş zonaları yenidən kənd təsərrüfatı sektorunun heyvandarlıq istiqamətinə yönəldiləcək: "Torpaqlarımız işğaldan azad olunub və suveren hüquqlarımızı tam bərqərar etmişik. Bilirik ki, o torpaqların tam iqtisadi dövriyyəyə cəlb edilməsi istiqamətində kifayət qədər işlər görülüb və davam edir. Bu işlər bitdikdən sonra bu sahədə müsbət rəqəmləri görəcəyik".

İdxal prosesi artıq bazarda sözünü deyir

İqtisadçı Fikrət Yusifov isə deyir ki, bazarda istənilən məhsulun qiyməti tələb və təklif əsasında formalaşır. İqtisadçının sözlərinə görə, son bir neçə ildə bazarlarda ətin qiymətində kəskin artımlar yerli istehsalın azalması ilə izah olunurdu. Hazırda isə bu prosesin əksi müşahidə olunur: "Regionlarda fermerlərin örüş sahələrində daha çox dənli bitkilərin əkilməsinə üstünlük verməsi və bu səbəbdən mal-qara saxlamaq imkanlarının məhdudlaşdırıldığına dair çıxışlara tez-tez rast gəlinirdi. Örüş yerləri əkin yerləri ilə əvəzləndikcə bazarlarda ətin qiyməti davamlı qalxırdı. Son vaxtlar yerli bazarlarda bu prosesin əksi müşahidə edilir. Hazırda ət idxalının keçən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artması artıq öz sözünü deyir. İdxal səbəbindən bazarda ət təklifi çoxaldığı üçün qiymətlər aşağı düşüb".

Ət regionlarda ucuzdur

Hazırda regionlarda ət şəhərə nisbətən ucuz satılır. Mütəxəssis deyir ki, bunun səbəbi mal-qaranın öz ərazilərində bəslənməsi və əlavə nəqliyyat xərclərinin olmamasıdır: "Əgər heyvan rayondan Bakıya gətirilirsə və ya heyvan rayonda kəsilir, əti Bakıya daşınırsa, ortada ilk növbədə nəqliyyat xərcləri yaranır. Üzərinə ətin anbarda saxlanma xərclərini də gəldikdə, qiymətin rayonda ucuz olması normaldır".

Hədəfimiz yerli istehsalı artırmaq olmalıdır

Mütəxəssis vurğulayır ki, idxal hesabına qiymətlərdə stabilləşmə yaratsaq da, hədəfimiz yerli istehsalı artırmaq və daxili bazarın ətə olan tələbatını ilk növbədə istehsal hesabına qarşılamaq olmalıdır: "Bunun üçün yerlərdə heyvandarlıqla məşğul olan fermerlərə indikindən daha münbit şərait yaradılmalı və ilk növbədə regionlarda örüş yerləri ilə bağlı məsələnin həlli istiqamətində addımlar atılmalıdır" ("Kaspi" qəzeti).


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2342   Tarix: 23 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili

17 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb

Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü

15 sentyabr
.

SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" SOCAR Qrupunun tərkibinə daxil edilmiş "Italiana Petroli" şirkətindən həmin ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib. "Report"un Gürcüstan büros

4 sentyabr
.

Azərbaycan avtobus idxalını 2% azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 468 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır

16 sentyabr
.

Azərbaycanda 8 ayda xarici vətəndaşlara 6 milyon manatdan çox ƏDV qaytarılıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fiziki şəxs olan istehlakçılara dövlət büdcəsindən 139 milyon 829,14 min manat ƏDV geri qaytarılıb. bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, geri qaytarılan ƏDV pərakəndə ticarət və iaşə fəaliyyət

8 sentyabr
.

Brent markalı neftin qiyməti 99 dollara yüksəldi

Yaxın Şərqdə artan münaqişənin yeni əlamətləri fonunda neft qiymətləri ardıcıl dördüncü gün artdı. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,10 dollar (1,12%) çox, bir barel üçün 99,02 dollar təşkil edib

9 sentyabr
.

Azərbaycanda elektron satınalmaların dəyəri 2,3 milyard manatı ötüb

Azərbaycanda bu ilin yanvar-iyul aylarında keçirilmiş elektron satınalmaların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 0,3 % artaraq 4 596 olub. bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, elektron satınalmaların məbləğ

14 sentyabr
.

Azərbaycanın şəkər ixracından gəliri 2 dəfədən çox artıb

Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib. xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb. Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsus

16 sentyabr