Azərbaycanda qadınlar könüllü həqiqi hərbi xidmətə qoşula bilərmi? - AÇIQLAMA
"Qadınların könüllü hərbi xidmətə qoşulması nümunələri bir çox ölkələrdə var. Xüsusilə burada ABŞ-nin, Fransa və Macarıstanın adını qeyd edə bilərik. İl ərzində Ermənistan eyni qanunu qəbul etdi. Azərbaycanda qadın hərbi qulluqçuların olması məsələsi qanunvericilikdə tənzimlənib. Onların əsas xidmətkeçmə meyarları "Hərbi vəzifə və hərbi xidmət haqqında qanunda" öz əksini tapıb. Eyni zamanda Nazirlər Kabinetinin təsdiq etdiyi, "Azərbaycan Respublikası qadın vətəndaşlarının hərbi uçot ixtisaslarının Siyahısı" adlı sənətdə öz əksini tapıb".
Bu sözləri Sonxeber.az-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev deyib. Elxan Şıxəliyev bildirib ki, qanunvericiliyə əsasən Azərbaycanda qadınlar müqavilə əsasında müddətdən artıq hərbi xidmət edirlər:
Xüsusilə çavuş, gizir, zabit vəzifələrində ilkin tələb olaraq ali təhsilli qadınlar prioritet təşkil edir. İndi bunun əsasında bütün güc strukturlarında müddətdən artıq xidmət edən qadınların sayı kifayət qədərdir. Digər bir məsələ isə həqiqi hərbi xidmətdə olması Azərbaycanda bu gün üçün prioritet məsələ deyil. Niyə görə? Bizim səfərbərlik və ehtiyatlarımız kifayət qədər imkan verir ki, qadınlar həqiqi hərbi xidmətə çağırılmasınlar. Digər bir məsələ isə, hər hansı bir qadın könüllü surətdə hərbi xidmət keçmək istəyirsə səfərbərlik və hərbi xidmət idarələrinə müraciət etdikdən sonra, bağlanma və könüllülük əsasında onun hərbi xidmət keçməsi qanunda nəzərdə tutulub.
Ekspertin sözlərinə görə, qadınların hərbi xidmət keçmələri ilə bağlı nümunələrimiz kifayət qədər çoxdur:
"Birinci Qarabağ müharibəsində könüllü qadınlar taboru var idi. Ondan sonrakı mərhələdə 44 günlük müharibədə qadınlar iştirak etdilər. Qanunvericilik nəzərdə tutur ki, bu gün üçün Azərbaycanda qadınların könüllü hərbi xidmətə çağırılması, ehtiyacları qiymətləndirilir. Bu gün üçün hərbi ehtiyatlarımız kifayət qədər imkan verir ki, həqiqi hərbi xidmət ştat vəzifələri qadınlarsız həyata keçirilir. Buna görə də mümkün olmayacaq deyilən bir məsələ yoxdur. Hər şey mümkündür. Təbii ki qanunvericilikdə kütləvi şəkildə qadınların hərbi xidmətə çağırılması barəsində zərurət olmadığı üçün hələ biz özümüzün səfərbərlik ehtiyatlarını qadınlar olmadan tam komplektləşdirə bilirik".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5829 Tarix: 26 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabr"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabrMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrBu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc
6 noyabrHərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə
5 noyabrBu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabr